خبرگزاری شبستان

یکشنبه ۲۷ آیان ۱۳۹۷

الأحد ١٠ ربيع الأوّل ١٤٤٠

Sunday, November 18, 2018

Servis xəbərlərinin titri

Ayətullah Xamenei iqtisadi problemlərin həlli üçün ciddi qərarların verilməsini tələb etdi

Şəbistan Xəbər Agentliyi: İran prezidenti, parlament spikeri, Məhkəmə Sisteminin rəhbəri və İqtisadi Kordinasiya Şurasının üzvlərinin görüşü Ali Rəhbər Ayətullah Xameneinin hüzurunda keçirilib.

Servis Əsas səhifə Zaman :   Tuesday, July 10, 2018 Xəbər kodu : 34090
Rəhimpur Əzğədi "vilayətə qoşulanlar" düşərgəsində
Hövzə və universitet dəyişiklik etmək üçün bütün potensiallarından istifadə etməlidirlər
Şəbistan xəbər agentliyi: Universitet ustadı dedi: Daha yaxşı gələcək üçün kadr tərbiyə etmək İmam Sadiqin (ə) metodlarından biri idi. Bu cəhətdən dünya cəmiyyətləri arasında dəyişkliklər yaratmaq üçün hövzə və universitet hazırki və sonradan əldə edəcəkləri potensiallarından istifadə etməlidirlər. Buna görə də bu potensialları müəyyən etməli, lazımlı kadrları tərbiyə etməli və proqram hazırlanmalıdır ki, istədiyimiz dəyişikliklərə nail ola bilək.

Şəbistan xəbər agentliyinin Quran və maarif jurnalistinin verdiyi xəbərə əsasən, Mədəniyyət İnqilabının Ali Şurasının üzvü Rəhimpur Əzğədi bu gün (Tir ayının 19-u) Seyyidiş-Şühəda (ə) universitetində keçirilən "vilayətə qoşulanların" təlim-tərbiyə və bəsirət dolu düşərgəsində iştirak edən tələbələrin hüzurunda  dini, xalq və transmilli bir inqilabın və İslam inqilabının 4-cü on illiyinə işarə edərək dedi: Bizim İslam inqilabımız bu keçən 40 il ərzində müxtəlif ibadi, siyasi və tövhidi sahələrdə çoxlu kadrlar tərbiyə edə bilmişdir ki, bu müqəddəs bayrağı məqsədə çatdıra bilsinlər.

O, İmam Sadiqin (ə) əzadarlıq günlərinə işarə edərək dedi: Şiələrin 6-cı İmamı çoxlu səylərlə müxtəlif sahələrdə 4000 şagird yetişdirə bildi. Bu şagirdlər elmi dövrələri keçirtdikdən sonra habelə kəlami mübahisələrə məxsus və şübhələrə cavab vermək metodlarını öyrəndikdən sonra dini təbliğ etmək üçün müxtəlif islami məntəqələrə göndərildilər. Onlar böyük elmi dəyişikliklər yarada bildilər. Həmçinin bor çox ağılları dinə cəzb edə bildilər.

O, xatırlatdı ki, İmam Sadiqin (ə) dövrü xüsusi bir dövr idi. O Həzrət yaranmış bu fürsətdən dini və elmi ərsələrdə böyük bir dəyişiklik yarada bildi.

http://shabestan.ir/detail/News/715140

اقتراحات

Ad :
Email:(Vacib deyil)
Şərhin mətni:
Göndər

نظرات ارسال شده