خبرگزاری شبستان

یکشنبه ۱ مهر ۱۳۹۷

الأحد ١٣ المحرّم ١٤٤٠

Sunday, September 23, 2018

Servis xəbərlərinin titri

İranın silahlı qüvvələrinin Əhvazdakı paradına hücum edən terror dəstəsi məhv edilib

Şəbistan Xəbər Agentliyi:Terroristlər Müqəddəs Müdafiə həftəsi münasibətilə şənbə günü İranın cənub-qərbindəki Əhvaz şəhərində keçirilən İran silahlı qüvvələrinin paradına hücum ediblər.

Servis Əsas səhifə Zaman :   Monday, July 09, 2018 Xəbər kodu : 34089

İslam dini İmam Hüseynə (ə) sinə vurmaqla dirilir
Şəbistan xəbər agentliyi: Şirazın İmam cüməsi dedi: Sinə vurmaq dini dirildir. İslam dini İmam Hüseynə (ə) sinə vurmaqla dirilir. Dini diriltmək üçün heyətin ictimai rolunu gücləndirməliyik.

Şəbistan xəbər agentliyinin jurnalistinin Şirazdan verdiyi xəbərə əsasən, Vəliyyi Fəqihin Fars ostanındakı nümayəndəsi Ayətullah Lütfüllah Dejkam (Tir ayının 16-da) Şirazın məzhəbi heyətlərinin şura üzvləri ilə görüşdə məzhəbimizin rəisi Həzrət İmam Sadiqin (ə) şəhadəti ərəfəsində olduğumuza işarə edərək dedi: Əvvəldə İmam Sadiqin (ə) şəhadəti münasibəti ilə İmam Zamana (əc), Ali Rəhbərə və hörmətli din bacı və qardaşlarımıza təsliyət deyirəm.

O, qeyd etdi ki, siz Allahın geniş rəhmətinin sayəsində qərar tutmusunuz. İmam Hüseyn (ə) Allahın geniş rəhmətidir. Çalışqanlığınız sizi bu rəhmət qapısından behiştə daxil edər.

O, bildirdi ki, biz səhv edən bir şəxslə qarşılaşa bilərik. Dini qeyrətimizə əsasən, bu səhv addımdan narahat oluruq. Amma səhv edən şəxs İmam Hüseynə (ə) aşiq olub və qəlbində Əhli-beytə (ə) məhəbbət bəsləyə bilər. Bu cəhətdən İmam Sadiq (ə) buyurur: Onun qarşısını almayın və ona fürsət verin. Roza oxuyan və rəhmət qapısının qabağında dayanıb digərlərini dəvət edən bir şəxs kimi bizim vəzifəmiz budur ki, bir şəxsin Əhli-beytə (ə) məhəbbət bəslədiyini gördüyümüz zaman o səhv addım atsa belə, ona fürsət verək ki, öz səhvini islah etsin. Allahın onu bağışlaması üçün dua etməliyik. Heyətin mənası budur.

http://shabestan.ir/detail/News/714800

اقتراحات

Ad :
Email:(Vacib deyil)
Şərhin mətni:
Göndər

نظرات ارسال شده