خبرگزاری شبستان

یکشنبه ۲۷ آیان ۱۳۹۷

الأحد ١٠ ربيع الأوّل ١٤٤٠

Sunday, November 18, 2018

Servis xəbərlərinin titri

Ayətullah Xamenei iqtisadi problemlərin həlli üçün ciddi qərarların verilməsini tələb etdi

Şəbistan Xəbər Agentliyi: İran prezidenti, parlament spikeri, Məhkəmə Sisteminin rəhbəri və İqtisadi Kordinasiya Şurasının üzvlərinin görüşü Ali Rəhbər Ayətullah Xameneinin hüzurunda keçirilib.

Servis Əsas səhifə Zaman :   Monday, July 09, 2018 Xəbər kodu : 34088
Höccətül-islam Mübəlliği ilə müsahibə (2-ci hissə)
İmam Sadiq (ə) fiqhi sərhədləri qəbul edir, amma ictimai sərhədləri qəbul etmirdi
Şəbistan xəbər agentliyi: Elmi ixtilaf və sərhədlər bu mənaya deyil ki, hər fiqhi məzhəbin digər bir fiqhi məzhəblə kamil və əsaslı fərqləri vardır. Fiqhi məzhəblər arasında bəzi ortaq cəhətlər vardır.

Xobrəqan məclisinin üzvü və islami şura məclisinin islami tədqiqat mərkəzinin müdiri Höccətül-islam vəl-müslimin Əhməd Mübəlliği Şəbistan xəbər agentliyinin Quran və maarif jurnalisti ilə müsahibəsində İmam Sadiqin (ə) cəmiyyətdə davranışın necəliyi barədə verdiyi nüsxənin bəyanında dedi: Birinci hissədə cəmiyyətdə müxtəlif dəstələrlə davranışın necəliyi barədə İmamın həyat tərzindən iki mühüm məsələyə işarə etdik. Cəmiyyətdə ixtilafları həll etmək üçün İmamın əməli nüsxəsində qeyd olunan üçüncü məsələ müxtəlif məzhəblər arasındakı ortaq cəhətlərə diqqət etməkdir.

O, əlavə etdi ki, elmi ixtilaf və sərhədlər bu mənaya deyil ki, hər fiqhi məzhəbin digər bir fiqhi məzhəblə kamil və əsaslı fərqləri vardır. Fiqhi məzhəblər arasında çoxlu ortaq cəhətlər vardır. Bu ortaq cəhətlərin bəzisi əsaslı fərqlərdir. Bu o gün İslam cəmiyyətində var olan bir məsələdir. İmam Sadiqin (ə) davranışı, danışığı və həyat tərzi "islami ortaq cəhətlərə baxış"la doludur. Əgər bu ortaq cəhətlər olmasaydı, o zamanda şiə və sünninin bir-birinin kənarında qərar tutması mümkün olmazdı. Hər halda onları bir-birinin kənarında tutan və bir-biri ilə mehriban edən ortaq cəhətlər olmuşdur.

http://shabestan.ir/detail/News/714780

اقتراحات

Ad :
Email:(Vacib deyil)
Şərhin mətni:
Göndər

نظرات ارسال شده