خبرگزاری شبستان

شنبه ۳۰ تیر ۱۳۹۷

السبت ٩ ذو القعدة ١٤٣٩

Saturday, July 21, 2018

Servis xəbərlərinin titri

Ayətullah Behcətin hüzurunda

İmam Zamanın (əleyhissalam) qeyb olmasının səbəbi

İmam Zamanın (əcəlləllah taala fərəchuş-şərif) qeyb olmasının səbəbi bizik. Çünki bizim əlimiz Ona çatmır. Əgər bizim aramızda olsa və zahir və hazır olsa, Onu kim öldürər?! Onu cinlər öldürəcək yoxsa Onun qatili insandır?!

Servis Əsas səhifə Zaman :   Sunday, July 08, 2018 Xəbər kodu : 34080
(Höccətül-islam Mübəlliği ilə müsahibə (1-ci hissə
İmam Sadiq (ə) sübut etdi ki, vahid ümmət məsələsi yuxu deyil, bir həqiqətdir
Şəbistan xəbər agentliyi: Həmişə bu sual bəyan olunur ki, Peyğəmbərə (s) bağlı bir islami birliyə və vahid ümmətə necə yetişmək olar? Bir halda ki, onun daxilində müxtəlif məzhəblər vardır. Müxtəlif düşüncələr bir-birindən fərqli vəziyyətlər ortaya çıxartmışdır.

Xobrəqan məclisinin üzvü və islami şura məclisinin islami tədqiqat mərkəzinin müdiri Höccətül-islam vəl-müslimin Əhməd Mübəlliği Şəbistan xəbər agentliyinin Quran və maarif jurnalisti ilə müsahibəsində İmam Sadiqin (ə) başqa dinlərin və məzhəblərin tərəfdarları ilə davranışının necəliyinə işarə edərək dedi: İslam tarixində ikinci əsr qədər heç bir dövrdə cəmiyyətdə müxtəlif dəstələrin və düşüncələrin idarə edilməsinin qüsursuz, faydalı və dəqiq əməli bir nüsxəsi olmamışdır.  

O, əlavə etdi ki, həmişə bu sual bəyan olunur ki, Peyğəmbərə (s) bağlı bir islami birliyə və vahid ümmətə necə yetişmək olar? Bir halda ki, onun daxilində müxtəlif məzhəblər vardır. Müxtəlif düşüncələr bir-birindən fərqli vəziyyətlər ortaya çıxartmışdır.

O, bildirdi ki, əgər Quran mətləblərindən həyata keçməyəcək bir şeyi bəyan etsək, yaxşı olmayacaq. Fərqi yoxdur ki, özümüz əməl etməyək ya da onn həyata keçməsi üçün şərait hazır olmasın. Buna görə də belə bir mətləbi bəyan etmək onu bəyan etməməkdən daha zərərlidir. Çünki bu bəhs hələ də cavabsız qalır ki, müxtəlif məzhəblərin formalaşması kimi mövcud həqiqətlə Quranın vahid İslam ümməti kimi planı necə birlikdə nəzərə almaq olar.    

http://shabestan.ir/detail/News/714774

اقتراحات

Ad :
Email:(Vacib deyil)
Şərhin mətni:
Göndər

نظرات ارسال شده