خبرگزاری شبستان

دوشنبه ۸ آذر ۱۴۰۰

الاثنين ٢٤ ربيع الثاني ١٤٤٣

Monday, November 29, 2021

Servis xəbərlərinin titri

Ayətullah Xamenei iqtisadi problemlərin həlli üçün ciddi qərarların verilməsini tələb etdi

Şəbistan Xəbər Agentliyi: İran prezidenti, parlament spikeri, Məhkəmə Sisteminin rəhbəri və İqtisadi Kordinasiya Şurasının üzvlərinin görüşü Ali Rəhbər Ayətullah Xameneinin hüzurunda keçirilib.

Servis Əsas səhifə Zaman :   Thursday, July 5, 2018 Xəbər kodu : 34037

Qasim Süleymani Həsən Ruhaniyə təşəkkür etdi
Şəbistan Xəbər Agentliyi: İran İslam İnqilabı Keşikçiləri Korpusu Sepah-ın Qüds batalyonu komandanı çərşənbə günü İran İslam Respublikası prezidenti Həsən Ruhaninin amerikalılar və sionistlərlə bağlı səsləndirdiyi fikirləri alqışlayaraq, bu çıxışı iftixar mənbəyi adlandırıb.

 

 

Şəbistan Xəbər Agentliyinin məlumatına görə, İran İslam Respublikası prezidenti bazar ertəsi günü axşam İsveçrədə yaşayan iranlılar ilə görüşdə amerikalıların İranın neft satışını tam şəkildə durdurmaq niyyətində olduqlarını elan etmələrinə münasibət bildirərəkƏN deyib: Onlar nə dediklərini anlamırlar. İran neftinin satışa çıxarılmaması, amma, region neftinin satışa çıxarılması mənasız sözdür. Əgər siz bunu etməyi bacarsanız, nəticəsini də görəcəksiniz.

 

Həsən Ruhani çərşənbə axşamı da Zürixdə isveçrəli həmkarı Alain Berest ilə birgə mətbuat konfransında deyib: İran İslam Respublikası sionist rejimi qeyri-legitim bir rejim hesab edir və bu rejimin regiondakı fəaliyyətlərini təcavüzkarlıq sayır.

 

Sepah-ın Qüds batalyonu komandanı Qasım Süleymani deyib: Həsən Ruhaninin İran neftinin ixrac edilməyəcəyi təqdirdə, bütün regionun neft ixracatına heç bir zəmanətin olmayacağına dair fikirləri və İran İslam Respublikasının sionist rejim qarşısındakı mövqeyi ilə bağlı dəyərlədi sözləri iftixar mənbəyidir.

 

Qasım Süleymani əlavə edib: İran prezidentinin müdrik və qətiyyətli sözləri İnqilab Rəhbərini, İran xalqını və dünya müsəlmanlarını başıuca etdi.

 

http://shabestan.ir/detail/News/714436

 

 

اقتراحات

Ad :
Email:(Vacib deyil)
Şərhin mətni:
Göndər

نظرات ارسال شده