خبرگزاری شبستان

یکشنبه ۱ مهر ۱۳۹۷

الأحد ١٣ المحرّم ١٤٤٠

Sunday, September 23, 2018

Servis xəbərlərinin titri

İranın silahlı qüvvələrinin Əhvazdakı paradına hücum edən terror dəstəsi məhv edilib

Şəbistan Xəbər Agentliyi:Terroristlər Müqəddəs Müdafiə həftəsi münasibətilə şənbə günü İranın cənub-qərbindəki Əhvaz şəhərində keçirilən İran silahlı qüvvələrinin paradına hücum ediblər.

Servis Əsas səhifə Zaman :   Wednesday, July 04, 2018 Xəbər kodu : 34025

Bəşər Əsəd cənub sərhədlərini götürür
Bir neçə həftə davam edən hazırlıqdan sonra Suriya ordusu ölkənin cənubunda əməliyyatlara başlayıb. Hazırda ordu qüvvələri ölkənin cənubuna doğru sürətlə irəliləyir.

Bir neçə həftə davam edən hazırlıqdan sonra Suriya ordusu ölkənin cənubunda əməliyyatlara başlayıb. Hazırda ordu qüvvələri ölkənin cənubuna doğru sürətlə irəliləyir. Artıq 10-a qədər yaşayış məntəqəsi, o cümlədən Busra əl-Həriri, əl-Musafirə kimi şəhərlər azad edilib. Dəra ətrafında toqquşmalar artıb.

Qeyd edək ki, Suriyada ilk aksiyalar 2011-ci ilin martında Dərada divar yazısı ilə başlayıb. Daha sonra ölkənin digər regionlarına yayılıb. İndi isə Dəməşq və ətrafını müxaliflərdən azad etdikdən sonra Bəşər Əsəd Suriya üçün mühüm əhəmiyyət kəsb edən nöqtəyə - cənuba doğru yönəlib. Suriyanın cənubu İordaniya ilə sərhəddir, cənub-qərb isə İsraillə həmsərhəd ərazidir. Hər iki sərhəd zonası müxaliflərin nəzarəti altındadır. Hazırda Dəra uğrunda döyüşlər davam edir.

Bu arada Suriyanın cənub əməliyyatlarının gedişində İsrail və Rusiya müdafiə nazirləri arasında telefon danışığı olub. İsrail Müdafiə Nazirliyinin yaydığı məlumatda qeyd olunur ki, nazir Liberman və Şoyqu arasında keçirilən telefon danışığı zamanı Suriyanın cənubunda davam edən hərbi əməliyyatlar və İranın bölgədə yerləşməyə çalışması müzakirə olunub.

Eyni zamanda Liberman İran və Hizbullahın Suriyada hərbi mövcudluğunun qəbuledilməz olduğunu bildirib. İsrailin müdafiə naziri İran və Hizbullahın Suriyada qalıcı yerləşməyə çalışması fəaliyyətlərini müşahidə etdiyi təqdirdə “gözlənilmədən hərəkətə keçəcəyini” vurğulayıb.

Qeyd edək ki, Suriyanın cənubunda İran və Hizbullahın varlığı mövzusu may ayında qarşılıqlı olaraq Suriya və İsrail ərazilərindən raket atəşləri baş verdiyi zaman gündəmə gəlmişdi. Daha sonra məlum oldu ki, Rusiya İsrail hökumətini Suriya ordusunun İsraillə sərhəddə əməliyyat keçirməyə razı salıb. Bunun qarşılığında isə Hizbullah və İran qüvvələri cənub bölgəsindən çəkiləcək və əməliyyatda iştirak etməyəcək. Belə anlaşılır ki, hazırda bu razılaşma qüvvədədir və Dəra əməliyyatında Hizbullah və iranlı təlimatçılar iştirak etmir. Həmin vaxt Liberman və Şoyqu arasında cənub əməliyyatı ilə bağlı anlaşma olub.

Suriya ordusu isə artıq İordaniya ile ilgili görsel sonucu

Suriya ordusu isə artıq İordaniya sərhədlərinə yaxınlaşır. Xeyli sayda insan döyüşlərin ortasında qalmamaq üçün cənuba - İordaniya ərazilərinə qaçır. Rəsmi Əmman isə daha artıq qaçqın qəbul etmənin riskini almamaq üçün sərhədləri bağlayıb. Silahlı qruplar hələlik müqavimət göstərirlər. Lakin sürətlə irəliləyən hökumət qüvvələrinin qarşısında müxaliflərin müqaviməti xeyli zəifdir. Lakin döyüş əməliyyatları ilə bağlı məlumatlardan da görünür ki, müxaliflər yaxşı silahlanıblar, müasir silah sistemlərinə malikdirlər.

Maraqlıdır ki, Suriyanın cənubunda İsraillə sərhəd bölgədə Tasil bölgəsi və eyni adlı şəhərcik İŞİD-in nəzarətindədir. Maraqlıdır ki, İsrail ötən illərdə sərhədində İŞİD-in qalmasına göz yumub. Hələlik Dəra ətrafında cəmləşən Suriya qüvvələrinin əsas hədəfi M-5 magistralı üzərindəki əraziləri azad edərək Suriya-İordaniya sərhədini nəzarətə götürməkdir. Bundan sonra isə qərbə doğru İsrail sərhədlərini nəzarətə götürməsi Bəşər Əsəd hökumətinin cənubda qələbəsi hesab olunacaq.

Suriya ordusu isə artıq İordaniya ile ilgili görsel sonucu

Çünki Suriya müxalifətinə əsas xarici yardım iki ölkə üzərindən gəlib. Bunlardan birincisi şimalda Türkiyə, cənubda isə İordaniya olub. İordaniya və İsrail sərhədlərinin nəzarətə götürülməsi Suriya hökumətinə cənub “qapısını” bağlamaq şansı verir. Bu səbəbdən də hazırda şimal və şərq cəbhəsindən qüvvələri çəkərək cənuba toplayan Suriya hakimiyyəti cənubda nəzarəti tamamilə götürməyə çalışır.

Cənubdan sonra isə əsas mübarizə şimalda İdlib vilayəti, şimal-şərqdə isə kürdlər, yəni Suriya Demokratik Qüvvələri ilə olacaq. Xüsusən də SDQ rəsmi Dəməşq üçün hazırda ən ciddi problemlərdən birinə çevrilməkdədir. Vaşinqtonun kürdlərə açıq dəstək verməsi və kürdlərin muxtariyyət statusu tələbləri Dəməşq üçün başağrısına çevriləcək. Hələlik isə qüvvələr Dəra ətrafında ciddi döyüşlər aparır. Suriya hadisələrinin başladığı Dəra müharibənin sonu ola biləcəkmi?

Kənan RÖVŞƏNOĞLU,

“Yeni Müsavat”

اقتراحات

Ad :
Email:(Vacib deyil)
Şərhin mətni:
Göndər

نظرات ارسال شده