خبرگزاری شبستان

چهارشنبه ۲۳ آیان ۱۳۹۷

الأربعاء ٦ ربيع الأوّل ١٤٤٠

Wednesday, November 14, 2018

Servis xəbərlərinin titri

Ayətullah Xamenei iqtisadi problemlərin həlli üçün ciddi qərarların verilməsini tələb etdi

Şəbistan Xəbər Agentliyi: İran prezidenti, parlament spikeri, Məhkəmə Sisteminin rəhbəri və İqtisadi Kordinasiya Şurasının üzvlərinin görüşü Ali Rəhbər Ayətullah Xameneinin hüzurunda keçirilib.

Servis Əsas səhifə Zaman :   Wednesday, July 04, 2018 Xəbər kodu : 34023

“İstəyirsən, əlimi kəs – bu qılınc, bu da sən” – bir varlı ərəbin tövbəsi
Hər bir insan xata və səhv edə bilər. Ancaq Allah o bəndəsini sevir ki, səhvini başa düşəndən sonra tövbə etsin və Allahdan bağışlanma istəsin.

Hər bir insan xata və səhv edə bilər. Ancaq Allah o bəndəsini sevir ki, səhvini başa düşəndən sonra tövbə etsin və Allahdan bağışlanma istəsin.

 

Ona görə də Uca Allah möminlərinə xitab edərək buyurur: “Ey iman gətirənlər, Allaha – xalis bir tövbə edin, ümid olunur ki, Rəbbiniz sizing günahlarınızı örtsün və sizi (evlərinin və ağaclarının) altından çaylar axan Cənnətlərə və bağlara daxil etsin”. (“Təhrim” 8).

 

Ayətullah Axund Molla Hüseynqulu Həmədani, Nəcəf hövzəsinin görkəmli fəqihlərindən olmuşdur. Bir gün o, ərəb böyüklərindən birinə tövbə etməsi üçün əmr vermişdi. O, tövbə etməzdən əvvəl haqqun-nasa əməl edib, insanların mallarını özlərinə qaytarmalı idi. Həmin şəxs alimin buyurduqlarına əməl etdi.

İnsanların malını özlərinə qaytarandan sonra yadına düşür ki, bir gün qəzəbli halda nökərlərindən birinin əlini bədənindən kəsmişdir.

 

Dostlarından xahiş etdi ki, həmin şəxsi onun yanına gətirsinlər. Onu gətirən zaman tövbə etmək istədiyini ona bildirdi və peşman olduğunu bəyan etdi. Əmr verdi ki, yüksək məbləğdə pul hazırlasınlar və əlinin diyəsi olaraq ona versin.

 

Ancaq kişi pulu götürməkdən imtina etdi. Ona görə də tövbə edəcək həmin ərəb əmr verir ki, qılınc gətirsinlər. Sonra üzünü nökərinə tutub dedi: “Mən qisas üçün hazıram. Bu sən, bu qılınc, bu da mənim əlim”.

 

Nökər bir qədər fikrə getdi və sonra dedi: “Sən mənə zülm etmisən. Heç bir səbəb olmadan məni əlidən məhrum etmisən. İndi əgər sənin əlini kəssəm, mənim halıma nə faydası olacaqdır ki? Mənim ki, əlim yenidən geri qayıtmayacaqdır ki? Ona görə də səninlə mənim mühakiməm Qiyamət gününə qalsın. İlahi məhkəmə bu məsələni həll etsin”.

 

Tövbə etmək istəyən şəxs bu sözləri eşidən zaman hər şeydən ümidini kəsdi. Bədəninə atəş düşdü və yüksək səslə ağlamağa başladı. Allah onun naləsini eşitdi və əli kəsilən şəxsin ürəyinə rəhm saldı. Həmin nökər tövbə edən şəxsə dedi: “Səni diyəsiz və qisassız əfv etdim”. (Həvzəh)

 

Bax beləcə, xalis tövbə öz ünvanına yetişdi.

 

/Deyerler.org/

اقتراحات

Ad :
Email:(Vacib deyil)
Şərhin mətni:
Göndər

نظرات ارسال شده