خبرگزاری شبستان

یکشنبه ۱ مهر ۱۳۹۷

الأحد ١٣ المحرّم ١٤٤٠

Sunday, September 23, 2018

Servis xəbərlərinin titri

İranın silahlı qüvvələrinin Əhvazdakı paradına hücum edən terror dəstəsi məhv edilib

Şəbistan Xəbər Agentliyi:Terroristlər Müqəddəs Müdafiə həftəsi münasibətilə şənbə günü İranın cənub-qərbindəki Əhvaz şəhərində keçirilən İran silahlı qüvvələrinin paradına hücum ediblər.

Servis Əsas səhifə Zaman :   Monday, July 02, 2018 Xəbər kodu : 33992

İblis (lən) behiştdən qovulan zaman, bütün hacətləri yerinə yetirildimi?
Quranın nəql etdiyinə görə, o zaman ki, Allah Təala İblisi (lən) behiştdən qovur, İblis ondan hacətlər istəyir. Bəs Uca Allah o hacətlərin hamısını yerinə yetiribdirmi?

Quranın nəql etdiyinə görə, o zaman ki, Allah Təala İblisi (lən) behiştdən qovur, İblis ondan hacətlər istəyir. Bəs Uca Allah o hacətlərin hamısını yerinə yetiribdirmi?

 

İblisin üç hacətinə işarə edilir ki, onlarla tanış olaq:

 

1. İblis Allahdan istəyir ki, ona Qiyamət gününə qədər möhlət versin. Ancaq Allah bu hacətin cavabında buyurur ki, ona müəyyən zamana qədər möhlət verəcəkdir. Bəzilərinin də ehtimal etdiyi kimi, İmam Zaman ağanın (ə.f) zühuruna qədər. “Dedi: «Mənə onların (Adəmin və onun övladlarının qəbirlərindən) qaldırılacaqları günə qədər möhlət ver (həmin vaxta kimi məni öldürmə)». Buyurdu: «Həqiqətən, sən möhlət verilənlərdənsən»”. (“Əraf” 14-15).

 

2. İblis (lən) Allahdan istəyir ki, insanları yolundan azdırmaq üçün ona hər tərəfdən nüfuz etməyə icazə versin: sağdan, soldan, yuxarıdan və aşağıdan. O zaman ki, qəlbinə nüfuz etməyi istəyir, Allah icazə vermir və buyurur ki, insanın qəlbi – Mənim hərəmimdir.

 

3. Şeytanlar Peyğəmbərin (s) besətinə qədər göyə qalxar və səmada baş verənlərdən xəbər tutardılar. Məlum olur ki, bu da İblisin (lən) istəklərindən biri olmuşdur. Ancaq Peyğəmbərin (s) besətindən sonra onlar bu haqdan məhrum oldular. Bu, onu göstərir ki, İblisin qeyb elmindən xəbərdar olması ona daha çox imkanlar yaradırdı, ona görə də Allah Təala onu bu imkandan məhrum etdi. (Tebyan)

 

/Deyerler.org/

اقتراحات

Ad :
Email:(Vacib deyil)
Şərhin mətni:
Göndər

نظرات ارسال شده