خبرگزاری شبستان

یکشنبه ۱ مهر ۱۳۹۷

الأحد ١٣ المحرّم ١٤٤٠

Sunday, September 23, 2018

Servis xəbərlərinin titri

İranın silahlı qüvvələrinin Əhvazdakı paradına hücum edən terror dəstəsi məhv edilib

Şəbistan Xəbər Agentliyi:Terroristlər Müqəddəs Müdafiə həftəsi münasibətilə şənbə günü İranın cənub-qərbindəki Əhvaz şəhərində keçirilən İran silahlı qüvvələrinin paradına hücum ediblər.

Servis Əsas səhifə Zaman :   Sunday, June 24, 2018 Xəbər kodu : 33978

Bin Salmanla Benyamin Netanyahunun gizli görüşüb faş edildi
Şəbistan Xəbər Agentliyi: “İsrail baş naziri Benyamin Netanyahu İordaniyaya səfəri zamanı Səudiyyə Ərəbistanın vəliəhdi Məhəmməd bin Salmanla ikitərəfli görüş keçirib.”

“İsrail baş naziri Benyamin Netanyahu İordaniyaya səfəri zamanı Səudiyyə Ərəbistanın vəliəhdi Məhəmməd bin Salmanla ikitərəfli görüş keçirib.”

Şəbistan Xəbər Agentliyi xəbər verir ki, bu məlumatı İsrailin “Mearif” qəzeti yayımlayıb.

Qəzet bildirib ki, görüş cari həftənin bazar ertəsi günü İordaniyada kral İkinci Abdullahın qəsrində baş tutub.

Qəzetin siyasi eksperti Jaki Huci yazıb ki, Bin-Salman Trampın kürəkəni Carid Kuşnerin İordaniyaya səfəri zamanı Benyamin Netenyahunu gözləyib və onların görüşü kral İkinci Adbullahın sarayında baş tutub.

Tərəflər arasında birbaşa təmasların olduğunu bildirən siyasi ekspert vurğulayıb ki, bu təmaslar kral İkinci Abdullahın vasitəçilyi ilə də olub və vasitəsiz də baş tutub.

Səudiyyə tərəfi hələ bu məsələyə münasibət bildirməyib.

Qeyd edək ki, Səudiyyənin bir sıra sabiq Kəşfiyyat rəsmilərinin İsrail rəsmiləri görüşüb , bölgədə “İran təhlükəsi” və ona qarşı vahid cəbhə təşkil etmək haqda müzakirələr aparması bir neçə dəfə təsdiqini tapıb. Lakin bu ilk dəfədir ki, Səudiyyə Ərəbistanı rejiminin bir nömrəli şəxsinin İsrailin baş naziri ilə görüşü haqda məlumat yayılır.

 

 

http://shabestan.ir/detail/News/712146

اقتراحات

Ad :
Email:(Vacib deyil)
Şərhin mətni:
Göndər

نظرات ارسال شده