خبرگزاری شبستان

یکشنبه ۱ مهر ۱۳۹۷

الأحد ١٣ المحرّم ١٤٤٠

Sunday, September 23, 2018

Servis xəbərlərinin titri

İranın silahlı qüvvələrinin Əhvazdakı paradına hücum edən terror dəstəsi məhv edilib

Şəbistan Xəbər Agentliyi:Terroristlər Müqəddəs Müdafiə həftəsi münasibətilə şənbə günü İranın cənub-qərbindəki Əhvaz şəhərində keçirilən İran silahlı qüvvələrinin paradına hücum ediblər.

Servis Əsas səhifə Zaman :   Sunday, June 24, 2018 Xəbər kodu : 33977
Əxlaq ustadı Höccətül-İslam Əli Əkbər Musəvi Hüseyninin ölümü münasibətilə
Ayətullah Xamenei başsağlığı verib
Şəbistan Xəbər Agentliyi: Ali Rəhbər Ayətullah Seyid Əli Xamenei imanlı alim və əxlaq ustadı mərhum Höccətül-İslam Hacı Şeyid Əli Əkbər Hüseyni Musəvinin vəfatı münasibətilə başsağlığı verib.

 

Şəbistan Xəbər Agentliyi xəbər verir ki, Ali Rəhbər Ayətullah Xameneinin başsağlığı mesajında bildirilir:

 

 

"Mərhəmətli və Bağışlayan Allahın adı ilə! İmanlı alim və əxlaq ustadı  mərhum höccətül-islam Hacı Şeyid Əli Əkbər Hüseyni Musəvinin vəfatı münasibətilə yaxınlarına, şagirdlərinə və  sevənlərinə başsağlığı deyirəm. 

 

 

O mərhumun milli televiziyada, parlamentdə və məscid və dəsrlərdə göstərdiyi xalis xidmət və çalışmaları bu nur üzli alimin kimliyini göstərir.  Uca Yaradandan onun üçün ən yüksək dərəcələri verməsini diləyirəm!"

 

 

Maide.Az İran KİV-lərinə istinadən xəbər verir ki, uzun illər İran Dövlət televiziyasında “Ailədə əxlaq” verilişinin eksperti kimi çıxış edən mərhum höccətül-islam Hüseyni ürək xəstəliyindən əziyyət çəkirdi və bu gün, günün ikinci yarısında Tehranda Mehr xəstəxanasında vəfat edib.

 

O, Tehran və Qum elmi-dini hövzələrində dərs alıb. Onun ustadlarından Əl-Mizan təfsirinin sahibi Seyyid Məhəmmədhüseyn Təbatəbai, Ayətullah Cavadi Amuli, Ayətullah Sübhani, Ayətullah Xoşvəqt və digərlərinin adını çəkmək olar.

 

Mərhum Hüseyni iki dövr parlamentdə deputat,  Tehran əyaləti üzrə təhsil idarəsinin rəhbəri və digər qurumlarda çalışıb. Universitetdə dərs deyib.

 

 

Qeyd edək ki, tanınmış əxlaq ustadı Höccətül-İslam Əli Əkbər Musəvi Hüseyni iyun ayının 21-i axşam saatlarında 79 yaşında  vəfat edib.

 

 

http://shabestan.ir/detail/News/712160

 

 

اقتراحات

Ad :
Email:(Vacib deyil)
Şərhin mətni:
Göndər

نظرات ارسال شده