Servis Əsas səhifə |
|
Zaman : |
Friday, June 22, 2018 |
|
Xəbər kodu : |
33970 |
Şəbistan xəbər agentliyinin jurnalistinin Şiraz şəhərindən verdiyi xəbərə əsasən, Fars şəhərinin islami irşad və mədəniyyət nazirliyinin baş katibi Sabir Söhrabi (Xordad ayının 30-da) bu idarənin Quran və itrət dəstəsinin müdirinin tanıtım mərasimində bu dəstənin idarənin mühüm hissələrindən biri olduğuna işarə edərək dedi: Quran təlimləri dövrün vasitələrindən istifadə edərək xüsusi ilə də mədəniyyət və sənət vasitələri ilə cəmiyyətə tanıtdırılmalıdır.
O, Quranın dastanlarından dəyərli mədəni və sənət əsərləri yaratmağın lazım olduğuna işarə edərək dedi: Qurandan kino və televizia formasında yaradılmış əsərlər hamı tərəfindən yaxşı qarşılanmışdır.
O, Şirazın Ali Rəhbər tərəfindən Əhli-beytin 3-cü hərəmi adlandırılması iftixarına işarə edərək dedi: Bu cəhətdən Fars və Şiraz Ostanları bu sahədə başqa Ostanlardan daha çox fəaliyyət göstərməlidir.
Söhrabi bu mətləbi xatırladaraq, bu idarənin cəmiyyət arasında mədəniyyətin bəyan olunması kimi bir vəzifəsi olduğuna təkid edərək dedi: Bu idarənin bütün işçiləri bu sahədə addım atmalıdırlar.
Xatırlatmaq lazımdır ki, sonda Fars şəhərinin islami irşad və mədəniyyət nazirliyinin Quran və itrət idarəsinin qabaqkı müdiri Mehdi Əhmədidən çəkdiyi zəhmətlərə görə təşəkkür edildi. Habelə Əhmədrza Nədaf bu dəstənin yeni müdiri kimi tanıtdırıldı.
http://shabestan.ir/detail/News/711867