خبرگزاری شبستان

یکشنبه ۱ مهر ۱۳۹۷

الأحد ١٣ المحرّم ١٤٤٠

Sunday, September 23, 2018

Servis xəbərlərinin titri

İranın silahlı qüvvələrinin Əhvazdakı paradına hücum edən terror dəstəsi məhv edilib

Şəbistan Xəbər Agentliyi:Terroristlər Müqəddəs Müdafiə həftəsi münasibətilə şənbə günü İranın cənub-qərbindəki Əhvaz şəhərində keçirilən İran silahlı qüvvələrinin paradına hücum ediblər.

Servis Əsas səhifə Zaman :   Thursday, June 21, 2018 Xəbər kodu : 33967
Ayətullah Kermani
Azad insanların ağasının imanı və əxlaqi hətta düşməni də dəyişdirirdi
Şəbistan xəbər agentliyi: Ayətullah Kermani dedi: Mərhum Əbuturabi kimi böyük azad bir insan öz əxlaqı və imanı ilə hətta düşmənə də təsir qoya bilirdi. Onlarda da dəyişiklik yarada bilirdi.

Şəbistan xəbər agentliyinin jurnalistinin verdiyi xəbərə əsasən, Tehranın müvəqqəti İmam cüməsi Ayətullah Məhəmmədəli Müvəhhidi Kermani Xordad ayının 29-da azad insanların ağası Mərhum Höccətül-islam Əbuturabinin ildönümü münasibəti ilə keçirilən mərasimdə dedi: Şəhidlərin azad və isar edən insanların adına keçirilən mərasimin insan üçün çox ibrətli dərsləri vardır.

O, şəhidlərin böyüklüyü və əzəmətinə işarə edərək dedi: Behişt şəhidlər, İslam döyüşçüləri və azad insanlar kimi şəxslərin yeridir ki, öz dinləri üçün çox zəhmətlər çəkiblər. Behişt dünyaya aldanan şəxslərin yeri deyil.

O, müqəddəs müdafiə dövründə şəhidlərin azad və isar edən insanların fədakarlıqlarına təkid edərək dedi: Bu gün cəmiyyətin qəflətdə olanları inqılabın əvvəllərinə və müqəddəs müdafiə dövrünə diqqət etsələr görərlər ki, kimlər öz qanlarını verərək və səy göstərərək bizim ölkəmizin əmniyyətini təmin ediblər.

O, əlavə etdi ki, müqəddəs müdafiə dövründə mömin və inqılabçı cavanlar arasında yüksək səviyyədə isar var idi. Hamı şəhadət arzusu edirdilər. Hətta veteranlığa da razı olmurdular. Mən öz gözümlə bir yeniyetməni görmüşdüm ki, iki əli və ayaqı kəsilməsinə baxmayaraq, Allah tərəfindən qəbul olunmadığını düşünürdü. Yalnız şəhid olan şəxsin qəbul olunduğuna inanırdı.

Mərhum Əbuturabi kimi böyük azad bir insan öz əxlaqı və imanı ilə hətta düşmənə də təsir qoya bilirdi. Onlarda da dəyişiklik yarada bilirdi.

http://shabestan.ir/detail/News/711787

اقتراحات

Ad :
Email:(Vacib deyil)
Şərhin mətni:
Göndər

نظرات ارسال شده