خبرگزاری شبستان

شنبه ۳۰ تیر ۱۳۹۷

السبت ٩ ذو القعدة ١٤٣٩

Saturday, July 21, 2018

Servis xəbərlərinin titri

Ayətullah Behcətin hüzurunda

İmam Zamanın (əleyhissalam) qeyb olmasının səbəbi

İmam Zamanın (əcəlləllah taala fərəchuş-şərif) qeyb olmasının səbəbi bizik. Çünki bizim əlimiz Ona çatmır. Əgər bizim aramızda olsa və zahir və hazır olsa, Onu kim öldürər?! Onu cinlər öldürəcək yoxsa Onun qatili insandır?!

Servis Əsas səhifə Zaman :   Thursday, June 21, 2018 Xəbər kodu : 33966

Quranda deyilən “Bəqiyyətullah”-“Allahın sizin üçün saxladığı şey” nədir?
Qurani Kərim rəbbimizin bizə sirr dolu bir lütfüdür. Bu sirlər zaman keçdikcə peyğəmbər (s) və Əhli-Beyt (ə) hədisləri işığında və ya müxtəlif elmi biliklər vasitəsi ilə idrak edilib, başa düşülür.

“Əgər möminsinizsə, (bilin ki) bəqiyyətullah sizin üçün daha xeyirlidir.” – Hud-86

 

İslaminSesi.info – Qurani Kərim rəbbimizin bizə sirr dolu bir lütfüdür. Bu sirlər zaman keçdikcə peyğəmbər (s) və Əhli-Beyt (ə) hədisləri işığında və ya müxtəlif elmi biliklər vasitəsi ilə idrak edilib, başa düşülür.

 

Bu kimi sirdolu ifadələrdən biri də Hud surəsinin 86-cı ayəsində keçən “bəqiyyətullah” ifadəsidir:

 

“Əgər möminsinizsə, (bilin ki) bəqiyyətullah sizin üçün daha xeyirlidir.”

 

Hid surəsində keçən bu ifadə Şüeyb peyğəmbərin dilindən zikr olur. Həzrət Şueyb (ə) insanları bütpərəstlikdən çəkindirir, tək Allaha pərəstişə, ədalətə dəvət edib, fəsad və əxlaqsızlıqlardan çəkindirir. Bu təkliflərdən sonra isə “Bəqiyyətullah sizin üçün daha xeyirlidir” deyə buyurur.

 

İfadənin tərcüməsində deyilir ki, sözün hərfi mənası “Allahın sizin üçün qoruyub saxladığı” mənasındadır. Yəni Allah Təalanın mönünlər üçün qoruyub saxladığı savab və xeyir əməllər, halal yollarla əldə etdiyi mənəvi sərmayədir. Ümumiyyətlə Allahın bəşərin xeyrinə onlar üçün qoruyub saxladığı hərbir şey bəqiyyətullahdır.

 

Həmçinin axir-zaman höccəti (ə.f) barəsində də bəqiyyətullah deyilir. Çünki Allah o həzrətə (ə.f) uzun ömür bəxş edib və insanların hidayəti üçün o həzrət (ə.f) qoruyub saxlayır. İmam sadiqdən (ə) nəql olunan hədisdə deyilir ki, İmam (ə.f) Məkkədə zühur edəcək və zühür etdikdə insanlar üçün oxuduğu ilk bu ayə olacaq və deyəcək:

“Mənəm bəqiyyətullah!”

(İstifadə olunmuş təfsir-Nur təfsiri)

 

Yaşar Nuriyev

اقتراحات

Ad :
Email:(Vacib deyil)
Şərhin mətni:
Göndər

نظرات ارسال شده