خبرگزاری شبستان

شنبه ۳۰ تیر ۱۳۹۷

السبت ٩ ذو القعدة ١٤٣٩

Saturday, July 21, 2018

Servis xəbərlərinin titri

Ayətullah Behcətin hüzurunda

İmam Zamanın (əleyhissalam) qeyb olmasının səbəbi

İmam Zamanın (əcəlləllah taala fərəchuş-şərif) qeyb olmasının səbəbi bizik. Çünki bizim əlimiz Ona çatmır. Əgər bizim aramızda olsa və zahir və hazır olsa, Onu kim öldürər?! Onu cinlər öldürəcək yoxsa Onun qatili insandır?!

Servis Əsas səhifə Zaman :   Thursday, June 21, 2018 Xəbər kodu : 33957

Gənclərin tərbiyəsini məscid öz üzərinə götürməlidir
Şəbistan Xəbər Agentliyi: Dinin fəlsəfə və hikməti insanın düzgün tərbiyəsidir. İnsan tərbiyə etmək dinnin işidir. Əgər Quranı öz həyatınızda tətbiq etməsəniz, cəmiyyətimiz bir çox problemlərlə üzləşəcək. İnsanlar ilahi çərçivə və haqq yoldan çıxacaqlar.

 

 

 

“Gənclərin tərbiyəsini məscid öz öhdəsinə almalıdır”.

 

 

Şəbistan Xəbər Agentliyi xəbər verir ki, höccətül - islam vəl - müslimin  Əli Rza Məlik Məhəmmədi dünən dini toplantıların birində gənclərin qarşısındakı çıxışında dedi: Məsciddə gəlmək, bu müqəddəs məkanda hazır olmaq, dini fəaliyyətlərdə yaxından iştirak etməyin bir sıra şərtləri və nəticələri vardır. Buna diqqət yetirmək lazımdır ki, fəaliyyətlərimizdə nailiyyətlərinizin də şahidi olasınız.

 

 

Dinin fəlsəfə və hikməti insanın düzgün tərbiyəsidir. İnsan tərbiyə etmək dinnin işidir. Əgər Quranı öz həyatınızda tətbiq etməsəniz, cəmiyyətimiz bir çox problemlərlə üzləşəcək. İnsanlar ilahi çərçivə və haqq yoldan çıxacaqlar.

 

 

Məscidi abadlaşdırmaq yalnız onun binasına və zahiri görkəminə bağlı deyildir. Əksinə, ondan da əhəmiyyətlisi məscidə gəlib - gedmək, dinin təlimlərini və maarifini yaymaqdır.

 

 

Məscidin əsas icma üzvüləri, onun proqramlarında yaxından iştirak edənlər inanclı, əqidə sahibləri, Allaha və qiyamət gününə möhkəm bağlı olan insanlar olmalıdırlar. Onlar əməli cəhətdən də ibadət əhli olmalı, namaz qılmalı, zəkat verməlidirlər. Başqa bir tərəfdən şücaət ruhuna və məğlub edilməzdik xasiyyətinə də malik olmalıdırlar.

 

 

Mömin insan dinin hər bir sahəsinə diqqət yetirməlidir. Onun bir sahəsinə əhəmiyyət verib, digər sahəsini isə kənara qoymaq olmaz. Yalnız vacibatla kifayətlənməməli, fəqirlərin ehtiyaclarınıda, maddi vəziyyətlərini də düşünməliyik. Bunun üçün xeriyyətçilik addımlarıda atmalıyıq.

 

 

http://shabestan.ir/detail/News/711829

 

 

اقتراحات

Ad :
Email:(Vacib deyil)
Şərhin mətni:
Göndər

نظرات ارسال شده