خبرگزاری شبستان

پنج شنبه ۱۱ آذر ۱۴۰۰

الخميس ٢٧ ربيع الثاني ١٤٤٣

Thursday, December 2, 2021

Servis xəbərlərinin titri

Ayətullah Xamenei iqtisadi problemlərin həlli üçün ciddi qərarların verilməsini tələb etdi

Şəbistan Xəbər Agentliyi: İran prezidenti, parlament spikeri, Məhkəmə Sisteminin rəhbəri və İqtisadi Kordinasiya Şurasının üzvlərinin görüşü Ali Rəhbər Ayətullah Xameneinin hüzurunda keçirilib.

Servis Əsas səhifə Zaman :   Thursday, June 21, 2018 Xəbər kodu : 33955

Yanlış qidalanma cəmiyyətdə bir çox xəstəliklərin amili kimi
Şəbistan Xəbər Agentliyi: Cəmiyyətdə bu məsələyə ciddi baxış oyanmalıdır. Bu gün yanlış qidalanmanın nəticəsində süslük, yersiz və bihudə xərclər və bir çox əxlaqi- mənəvi qüsurlar ortaya çıxır. Biz qida sənayəsində də ağılla fikirləşməliyik.

“Dövrümüzün bir çox xəstəlikləri həmin pis qidalanmadan və yaxud da ki səhv qidalanmadan əmələ gəlir”.

 

 

Şəbistan Xəbər Agentliyi xəbər verir ki, Ayətullah Məhəmməd Rza Nasiri dünən rəsmilərlə görüşündə dedi: Qidalanma məsələsi çox əhəmiyyət kəsb edən önəmli məsələlərdəndir. Bu məsələlərdə biz əcnəbilərə, biganələrə möhtac olmamalıyıq. Son dövrdə ölkəmizin düşmənləri qida məsələsinə də əl uzadıblar. Onlar bir çox məhsulları ölkəyə., süfrəmizə daxil edərək əhalinin necə deyərlər ağzının dadını dəyişiblər və nəticədə bir çox problemlər ortaya çıxardıblar.

 

 

Dövrümüzün bir çox xəstəlikləri həmin pis qidalanmadan və yaxud da ki səhv qidalanmadan əmələ gəlir. Misal olaraq, qədimdə insanların çoxu sağlam qida axtarırdılar. Bu gün isə bir çoxları hazır yemək, necə deyərlər “fast – fod” qida məhsullarına üstünlük verirlər. Onun isə əsas tədarükçüləri də xaricilərdir. Onların heç biri isə insana salamat ruh və səhhəti - bədən gətirmir.

 

 

Cəmiyyətdə bu məsələyə ciddi baxış oyanmalıdır. Bu gün yanlış qidalanmanın nəticəsində süslük, yersiz və bihudə xərclər və bir çox əxlaqi- mənəvi qüsurlar ortaya çıxır. Biz qida sənayəsində də ağılla fikirləşməliyik.

 

 

http://shabestan.ir/detail/News/711824

اقتراحات

Ad :
Email:(Vacib deyil)
Şərhin mətni:
Göndər

نظرات ارسال شده