خبرگزاری شبستان

شنبه ۳۰ تیر ۱۳۹۷

السبت ٩ ذو القعدة ١٤٣٩

Saturday, July 21, 2018

Servis xəbərlərinin titri

Ayətullah Behcətin hüzurunda

İmam Zamanın (əleyhissalam) qeyb olmasının səbəbi

İmam Zamanın (əcəlləllah taala fərəchuş-şərif) qeyb olmasının səbəbi bizik. Çünki bizim əlimiz Ona çatmır. Əgər bizim aramızda olsa və zahir və hazır olsa, Onu kim öldürər?! Onu cinlər öldürəcək yoxsa Onun qatili insandır?!

Servis Əsas səhifə Zaman :   Wednesday, June 20, 2018 Xəbər kodu : 33951

İnsan Allaha olan sevgisini necə gücləndirə bilər?
Allaha olan eşq – Allahı tanımağın və Ona olan elmin meyvəsidir. İnsan hər nə qədər Mehriban Allahı daha çox tanıyar – eşq və sevgisi güclənər. Necə ki, ata və ana öz övladlarını sevirlər, övladları da onları sevirlər.

 

Allaha olan eşq – Allahı tanımağın və Ona olan elmin meyvəsidir. İnsan hər nə qədər Mehriban Allahı daha çox tanıyar – eşq və sevgisi güclənər. Necə ki, ata və ana öz övladlarını sevirlər, övladları da onları sevirlər. Çünki görürlər ki, ata və anaları onların xeyri və mənfəəti üçün əllərindən gələni edir və zəhmət çəkirlər.

 

 

Əgər Əziz Allah haqqında bu cür düşünsək və nəzərə alsaq ki, Allah Təala ata və anamızdan bizə qarşı qat-qat daha çox mehriban və şəfqətlidir və bizim xeyirimizi istəyir, o zaman bu sevgini gücləndirmiş olarıq.

 

Həzrət Peyğəmbər (s) buyurur: “Allah, ata və analarınızdan (sizə qarşı) 70 dəfə daha çox mehribandır”.

 

Əgər yaşadığımız mühitə nəzər salsaq, görərik ki, Allah bizim rahatlığımız üçün hər şeyi hazır etmişdir. Qaldığımız məkandan tutmuş, yediyimiz yeməyə, geydiyimiz libasa və hətta bizə sevgi verən insanlara qədər hər şeyi düşünmüş və hazır etmişdir.

 

Əgər Uca Allahı yaxından tanımağa cəhd etsək, göstərişlərini yerinə yetirsək, tövsiyələrinə qulaq versək, günahdan çəkinsək – İlahi eşq özü bizim qəlbimizə daxil olacaq və nur saçacaqdır. Nə zaman Allahı yada salsanız, Onu nə qədər sevdiyinizi anlayacaqsınız. Hətta bəzən bu eşqdən göz yaşları meydana gələcək və simanızdan aşağı axacaqdır.

 

Qurana yaxın olmağa çalışın. Vacib namazları əvvəl vaxtda qılın. İmam Hüseynin (ə) əza məclislərində iştirak edin. Bütün bu əməllər Allaha olan eşqinizi gücləndirəcəkdir. (Tebyan)

 

İmam Cavad (ə) buyurur: “Ən fəzilətli və dəyərli ibadət odur ki, xalis və riyasız olsun”. İxlas – Allaha yaxın olmağın ən təsirli yollarındandır.

 

Allahdan bizə onu daha çox sevmək tofiqini verməsini istəyək. (Bu sevgi və nifrət) Allah tərəfindən lütf və nemətdir. Allah bilən və hikmət sahibidir”. (“Hucurat” 8).

 

/Deyerler.org/

 

اقتراحات

Ad :
Email:(Vacib deyil)
Şərhin mətni:
Göndər

نظرات ارسال شده