خبرگزاری شبستان

شنبه ۳۰ تیر ۱۳۹۷

السبت ٩ ذو القعدة ١٤٣٩

Saturday, July 21, 2018

Servis xəbərlərinin titri

Ayətullah Behcətin hüzurunda

İmam Zamanın (əleyhissalam) qeyb olmasının səbəbi

İmam Zamanın (əcəlləllah taala fərəchuş-şərif) qeyb olmasının səbəbi bizik. Çünki bizim əlimiz Ona çatmır. Əgər bizim aramızda olsa və zahir və hazır olsa, Onu kim öldürər?! Onu cinlər öldürəcək yoxsa Onun qatili insandır?!

Servis Əsas səhifə Zaman :   Wednesday, June 20, 2018 Xəbər kodu : 33949

Həzrəti Rəsuləllahdan(s) axirətzaman möminlərinin halı ilə bağlı həyati tövsiyyə
Bu kimi ürək ağrıdıcı xəbərlərdən biri də möminin, məscidlərin və Quranın axir-zamanda “qərib” olması xəbərləridir.

Bu kimi ürək ağrıdıcı xəbərlərdən biri də möminin, məscidlərin və Quranın axir-zamanda “qərib” olması xəbərləridir.

 

İslaminSesi.info – Həm əziz İslam peyğəmbəri (s), həm də imamlar (ə) Allahın onlara bəxş etdiyi ilahi elm sayəsində bir çox gələcək hadisələrlə bağlı bəzi işarələr vermişlər. Xüsusəndə axir zaman deyilən, peyğəmbərdən (s) sonrakı zamanın fitnələri barədə bəzi ürək açmayan xəbərlər vermişlər.

 

Bu kimi ürək ağrıdıcı xəbərlərdən biri də möminin, məscidlərin və Quranın axir-zamanda “qərib” olması xəbərləridir.

 

Möminlərin bu deyilən zamanda mənəvi əziyyət çəkməsi, baş verən fəsadlar qarşısında ürək yanğısı ilə susması daha daha çox kədərvericidir. İman əhlinin axir-zamandakı halına işarə edən hədislərdən biri də Peyğəmbərin (s) İmam Əliyə (ə) dediyi kəlamdir.

 

Peyğəmbər (s) buyurub: “Təzliklə bir fitnələr olar ki, iman əhli (möminlər) hadisələri nə əlləri ilə, nə də dilləri ilə dəyişə bilməzlər (təsr edə bilməzlər).”

 

İmam Əli (ə) soruşdu: “Ya Rəsuləllah (s) o zaman onların arasında mömin olacaq?”

 

Peyğəmbər (s) buyurdu: “Bəli!”

 

İmam (ə): “Bu hadisələr onların imanından bir şey azaldacaqmı?”

 

Peyğəmbər (s) buyurdu: “Xeyr! Necəki yağış damcıları Səfa qayalarından bir şey qopara bilməz, onların imanı da bu cürdür (qaya kimi). Möminlər bu fitnələrə qəlbləri ilə etiraz edərlər!”

(Əmali Şeyx Tusi-302)

 

Quran ifadələrinə əsasən möminlər öz dinində və imanında möhkəm olamalıdırlar ki, hadisələr onlara təsir etməsin. Əksinə onlar hadisələrə təsir edə bilib, müsbət istiaqmətdə dəyişə bilsinlər. Çünki Quran buyurur:

 

“Onlar (möminlər) sanki sarsılmaz möhkəm divar kimidirlər”

(Saff-4)

 

Yaşar Nuriyev

اقتراحات

Ad :
Email:(Vacib deyil)
Şərhin mətni:
Göndər

نظرات ارسال شده