خبرگزاری شبستان

یکشنبه ۱ مهر ۱۳۹۷

الأحد ١٣ المحرّم ١٤٤٠

Sunday, September 23, 2018

Servis xəbərlərinin titri

İranın silahlı qüvvələrinin Əhvazdakı paradına hücum edən terror dəstəsi məhv edilib

Şəbistan Xəbər Agentliyi:Terroristlər Müqəddəs Müdafiə həftəsi münasibətilə şənbə günü İranın cənub-qərbindəki Əhvaz şəhərində keçirilən İran silahlı qüvvələrinin paradına hücum ediblər.

Servis Əsas səhifə Zaman :   Wednesday, June 20, 2018 Xəbər kodu : 33948

Nəfsin hesabı ilə bağlı mühüm nöqtələr...
Əgər insan yaxşı və pis əmələrini tam dəqiqliklə qiymətləndirməyə müvəffəq olarsa

Nəfsin hesabı o qədər mühüm məsələdir ki, bu mövzuya kitablar həsr edilmiş, bu barədə kifayət qədər ayə və rəvayətlər mövcuddur. Əxlaq kitablarında verilmiş göstərişlər insanların bu sahədə təkamülü üçün olduqca faydalıdır. Nəfsin hesabı üçün dörd mərhələ müəyyənləşdirilmişdir: müşaritə, müraqibə, mühasibə və müatibə.

Birinci mərtəbədə insan özü ilə şərt kəsir ki, bu gün vəzifələrini tam yerinə yetrəcək və günahlardan çəkinəcəkdir. İkinci mərhələdə insan verdiyi əhdləri pozmamaq üçün bütün əməllərini nəzarət altına alır. Üçüncü mərhələ günün sonunda bütün əməllərin hesab-kitabından ibarətdir. Dördüncü mərhələdə insan buraxdığı nöqsanlara görə özünü tənbeh edir və bunun üçün müəyyən işlər görür. Məsələn, növbəti gün ya oruc tutmağı, ya sədəqə verməyi, ya Quran oxumağı, ya da başqa bir xeyirli işi özünə vacib edir.

Bu mərhələlərin ən əhəmiyyətlisi mühasibədir. Əgər insan yaxşı və pis əmələrini tam dəqiqliklə qiymətləndirməyə müvəffəq olarsa, Allahın yardımı ilə nöqsanları aradan qaldırmağa da müvəffəq olar. Bu mövzuda bəzi mühüm nöqtələri nəzərdən keçirək:

1. Günahdan çəkinmək: İnsan günah və onun mahiyyəti barədə dərindən düşünməlidir. Etiqadımıza əsasən, Allah bizi yaratmış, yaxşı və pis yolu tanıtdırmaqla hansını seçməyi öz ixtiyarımızda qoymuşdur. İnanırıq ki, bu dünyadan sonra başqa bir aləm də var və orada insan yaxşı əməllərinin savabını, pis əməllərinin isə cəzasını alacaqdır. Bu inam səbəbindən insan öz ömür sərmayəsindən lazımınca istifadə etməlidir. Biz bu dünyaya imtahan olunmaq, özünütərbiyə mərhələlərini keçib kamilliyə çatmaq üçün gəlmişik. Ömrün nəticəsi əbədi behişt və ya cəhənnəmdir.

İnsanın dünya həyatı körpənin ana bətnindəki həyatına bənzəyir. Körpə ana bətnində doqquz ay qalmaqla dünya həyatına hazırlaşdığı kimi, bizim də bu qısa dünya həyatımız əbədi bir həyat üçün hazırlıqdır. Sadəcə, ana bətnindəki körpədən fərqli olaraq, bizim dünyadakı təkamülümüz özümüzdən asılıdır. Eləcə də, körpənin gələcəyi dünya həyatı öz müddətinə görə bizim gedəcəyimiz axirət həyatı ilə müqayisə oluna bilməz.

Din dünyanı özünütərbiyə məkanı kimi tanıtdırır. İnsan bu məkanda əbədi həyat üçün hazırlıq görməlidir. Dünya həyatına bu nöqteyi-nəzərdən baxanlar hər dəqiqəsini gələcək axirət dünyası üçün faydalı bilirlər. İstənilən hər hansı başqa bir nəzər və ya fəaliyyətsizlik əbədi bədbəxtliklə nəticələnir.Ticarətdən qazanc götürməmək ticarətdə zərərə düşməkdən fərqlənir. Birinci halda sərmayə yerindədirsə, ikinci halda sərmayə əldən çıxmışdır. Günah ikinci ticarətin oxşarıdır: ömrünü əldən verib əbədi əzaba düçar olmaq!..

2. Günahların kəmiyyətinə diqqət: Günahın çirkinliyini anlamış insan yol verdiyi günahları kəmiyyət cəhətdən hesablayıb onların nəticəsini aradan qaldırmaq üçün çalışmalıdır. Çıxış yolu günahı inkar edib unutmaq yox, Allah qarşısında etiraf etməkdir. Günahkar insan gün uzunu neçə dəfə qeybət etdiyini, neçə dəfə yalan danışdığını və başqa neçə günaha yol verdiyini dəqiq hesablaya bilməsə də, günün neçə saatını günaha sərf etdiyini düşünüb saatlardan ibarət olan ömrün puça çıxmasından peşman olmalıdır.

3. Günahların keyfiyyətinə diqqət: Günahlar keyfiyyətinə görə müxtəlifdir. Elə günah var ki, ona bir dəfə yol vermək yetmiş il başqa bir günaha yol verməyə bərabərdir. Günahın böyük-kiçikliyinə diqqət yetirmək zəruridir. Məsələn, bir çox rəvayətlərdə qeybət olduqca çirkin günah kimi təqdim olunur. Bunu da qeyd edək ki, günahı kiçik hesab etməklə onu davam etdirməyin özü böyük günah hesab olunur. Şeytanın hiylələrindən biri günahı insana kiçik göstərməkdir.

4. Vacib buyuruqların icrası: İnsan diqqətli olmalıdır ki, Allahın vacib buyuruqlarını nəzərdən qaçırmasın. Namaz qılıb oruc tutan oxucu “biz ki, vacibata əməl edirik” düşünərək arxayınlaşmasın. Bu arxayınlıq şeytandandır. Adətən, hər birimiz hansısa vacib bir buyuruğu nəzərdən qaçırırıq. Hətta daim fiqh, Quran və rəvayətlə məşğul olan şəxslər də hansısa vəzifəsindən qəflətdə qalır. Valideynə yaxşılıq, qohum-əqrəbaya baş çəkmək, möminin istəyini yerinə yetirmək və bir çox başqa vacib buyuruqların unudulması imanlı insan üçün böyük bəladır. İctimai və siyasi vəzifələr də nəzərə alınsa vəziyyət bir qədər də mürəkkəbləşər. Vacib dini vəzifələri nəzərdən qaçırmamaq üçün proqramlı bir həyat yaşamaq, vacib göstərişlərin yazılı qeydiyyatını aparmaq olduqca faydalıdır.

5. Əməlin düzgün icrasına diqqət: Hər bir əməlin qəbulu üçün onun düzgün icra edilməsi şərtdir. Bəzən insan müəyyən bir vəzifəni yerinə yetirdiyi üçün xoşhal olsa da, həmin əməlin düzgün icrasına diqqətsizlik göstərir. Elə də olur ki, insan yerinə yetirdiyi vəzifəsinin ardınca elə bir iş görür ki, əvvəlki iş puça çıxır. Məsələn, namaz qılmaq vacib vəzifədir. Bəzən insan namaz qıldığı və cəmiyyət namazında iştirak etdiyi üçün sevindiyi halda düşünmür ki, bu namaz qəbul dərəcəsinə çatıb, yoxsa yox? Namazda riyaya, özünügöstərməyə yol verilibmi? Təkəbbür göstərməklə onu puça çıxarmamışdırmı? Minnət qoyduğumuz üçün verdiyimiz yardım hədər getməyibmi?… Odur ki, əməlin qəbulolma şərtlərinə də diqqət göstərmək lazımdır.

Bir sözlə, əziz Peyğəmbərimizin (s) bu kəlamını unutmayaq:

حَاسِبُوا اَنْفُسَكُمْ قَبْلَ أَنْ تُحاسَبوا؛

 qədər kihesaba çəkilməmisiniz özünüz özünüzdən hesaba çəkin.” (“Biharul-ənvar”, 70-cicild, 45-ci bölüm, 26-cı rəvayət.)

Belə bir inama malik olan insan hökmən öz əməllərini nəzərdən keçirib nəticə çıxarır! (“Sadiq yol axtaranlar üçün imam Sadiqin (ə) nəsihətləri”, Ayətullah Misbah Yəzdi, 2-ci dərs, səh.35-38.)

(Maide.Az)

اقتراحات

Ad :
Email:(Vacib deyil)
Şərhin mətni:
Göndər

نظرات ارسال شده