خبرگزاری شبستان

شنبه ۳۰ تیر ۱۳۹۷

السبت ٩ ذو القعدة ١٤٣٩

Saturday, July 21, 2018

Servis xəbərlərinin titri

Ayətullah Behcətin hüzurunda

İmam Zamanın (əleyhissalam) qeyb olmasının səbəbi

İmam Zamanın (əcəlləllah taala fərəchuş-şərif) qeyb olmasının səbəbi bizik. Çünki bizim əlimiz Ona çatmır. Əgər bizim aramızda olsa və zahir və hazır olsa, Onu kim öldürər?! Onu cinlər öldürəcək yoxsa Onun qatili insandır?!

Servis Əsas səhifə Zaman :   Wednesday, June 20, 2018 Xəbər kodu : 33946

Məscidlərin dövlət qayğısına ehtiyacı vardır
Şəbistan Xəbər Agentliyi: Yaddan çıxartmayaq ki, məscidin dinamika və qaynarlığı, eyni zamanda müasir dövrün təlabatına cavab verməsi onun yalnız ibadət sahəsində funksiyalarını yerinə yetirməklə əldə edilməyəcəkdir. Əksinə, bütün sahələrdə – mədəni, siyasi, elmi ortamda da məscid mərkəz rolunu oynamalıdır.

Höccətül – İslam vəl – müslimin Əsədullah Kibriyai Şəbistan Xəbər Agentliyinin müxbiri ilə söhbətində məscidlərin müasir dövrdəki funksiyalarından danışarkən dedi: Quran və Əhli – beyt (ə) təlimlərinin bəyan edilməsi, dini məzmumlu dərslərin təşkili, mədəni və etiqadi tədbirlərin görülməsi, bu sahədə ortaya atılan irad və etirazlara cavablar, şəriət qayda - qanunlarının insanlara öyrədilməsi məscidin ənənəvi funksiyalarındandır. Baxmayaraq ki, bunlar daha çox məscidə mənəvi və ibadi atmosfer bəxş edirlər, lakin bu fəaliyyətlər məscidin başqa funksiyalarından diqqəti yayındırmamalıdırlar.

 

 

Yaddan çıxartmayaq ki, məscidin dinamika və qaynarlığı, eyni zamanda müasir dövrün təlabatına cavab verməsi onun yalnız ibadət sahəsində funksiyalarını yerinə yetirməklə əldə edilməyəcəkdir. Əksinə, bütün sahələrdə – mədəni, siyasi, elmi ortamda da məscid mərkəz rolunu oynamalıdır.

 

 

“İslam dininin bütün meyarlarına malik olan bir məsciddə əhalinin bütün ictimai təbəqələrinin problemləri ilə məşğul olar və onları bacardığı qədər həll edər. Fərdi, ailəvi, ictimai, məhkəmə problemləri, imkansızlara qayğı kimi məsələlər tarixən və indi də məsciddə öz həllini tapa bilər. Bütün bunlar üçün də dövlət qayğısına ehtiyac duyulur”,  - deyə Höccətül – İslam vəl – müslimin Əsədullah Kibriyai sözünü tamamladı.

 

http://shabestan.ir/detail/News/711571

اقتراحات

Ad :
Email:(Vacib deyil)
Şərhin mətni:
Göndər

نظرات ارسال شده