خبرگزاری شبستان

شنبه ۳۰ تیر ۱۳۹۷

السبت ٩ ذو القعدة ١٤٣٩

Saturday, July 21, 2018

Servis xəbərlərinin titri

Ayətullah Behcətin hüzurunda

İmam Zamanın (əleyhissalam) qeyb olmasının səbəbi

İmam Zamanın (əcəlləllah taala fərəchuş-şərif) qeyb olmasının səbəbi bizik. Çünki bizim əlimiz Ona çatmır. Əgər bizim aramızda olsa və zahir və hazır olsa, Onu kim öldürər?! Onu cinlər öldürəcək yoxsa Onun qatili insandır?!

Servis Əsas səhifə Zaman :   Monday, June 18, 2018 Xəbər kodu : 33920

Ramazan ayında qazandıqlarımızı qoruyub saxlamalıyıq
Şəbistan Xəbər Agentliyi: Əməlləri təkrar etmək və onlara diqqət yetirmək yavaş - yavaş o əməlləri dirildib daxilimizdə əkir. Nəticədə, ona adət edər və həyatımızın bir hissəsinə, daha doğrusu həyat məharətinə çevrilər. Bununla da ramazan ayının mənəvi ruhiyyəsin saxlamış olarıq.

“Mübarək ramazan ayı mənəvi düşərgə və səyahət qayıdır. Belə ki, bu səyahətdə cəmiyyətin bütün üzvüləri iştirak edirlər. Bu ayda ələ gətirdiyimiz dəyərli sərmayəni qoruyub saxlamalıyıq”.

 

 

Bu sözləri Şəbistan Xəbər Agentliyinin müxbiri ilə söhbətində İranda fəaliyyət göstərən İmam Xomeyni adına elmi tədbiqatlar müəssəsinin müdür mavini Ayətullah Məhəmməd Rəcəbi dedi.

 

O, daha sonra ramazan ayında ələ gətirdiyimiz savab və qazancların qorumaq yollarından danışdı: Namaz, münacat, bir kənara çəkilib Allahla xəlfətdə söhbət etmək, Allahın məxluqatları arasında səhərə kimi oyaq qalmaq, qohumlarla görüşmək, böyüklərə ehtiram etmək, kiçiklərə nəvaziş etmək, yetimlərin qaygısına qalmaq, sədəqə vermək, bacardığımız qədər çox Quran oxumaq və onda düşünmək ümumiyyətlə Allahın bəyəndiyi hər bir iş ramazan ayında bizə qazanc verilən bir əməldir. Bunlar həmin ayın azuqə və ehtiyatıdır ki, başqa aylarda da biz onu qoruyub saxlamalıyıq. Deməli, əsas məsələ müraqibət, yəni özümüzə nəzarət edərək, ramazanda yığdıqlarımızı qoruyub saxlamaqdır.

 

 

Əməlləri təkrar etmək və onlara diqqət yetirmək yavaş - yavaş o əməlləri dirildib daxilimizdə əkir. Nəticədə, ona adət edər və həyatımızın bir hissəsinə, daha doğrusu həyat məharətinə çevrilər. Bununla da ramazan ayının mənəvi ruhiyyəsin saxlamış olarıq.

 

 

http://shabestan.ir/detail/News/711057

اقتراحات

Ad :
Email:(Vacib deyil)
Şərhin mətni:
Göndər

نظرات ارسال شده