خبرگزاری شبستان

یکشنبه ۱ مهر ۱۳۹۷

الأحد ١٣ المحرّم ١٤٤٠

Sunday, September 23, 2018

Servis xəbərlərinin titri

İranın silahlı qüvvələrinin Əhvazdakı paradına hücum edən terror dəstəsi məhv edilib

Şəbistan Xəbər Agentliyi:Terroristlər Müqəddəs Müdafiə həftəsi münasibətilə şənbə günü İranın cənub-qərbindəki Əhvaz şəhərində keçirilən İran silahlı qüvvələrinin paradına hücum ediblər.

Servis Əsas səhifə Zaman :   Monday, June 18, 2018 Xəbər kodu : 33915
Məcid Şahüseyni izah etdi;
Holivud hansı səbəbdən Axirəz-zamanla maraqlanır?
Şəbistan xəbər agentliyi: Holivudun axirəz-zamana baxışı onun digər nəzərləri kimi öncədən planlanmış təfəkkür və proqram əsasındadır. Holuduv axirəz-zamanın yeni, cazibəli və tamaşaçı bəyənən bir sujet olduğuna görə onun sorağına getmir.

Şəbistan xəbər agentliyinin Məhdəviyyət bölməsinin verdiyi xəbərə əsasən təxminən iyirmi ilə yaxın icnəsənət və kino sahəsində fəaliyyət göstərən və müxtəlif inistitutlarda tədris edən Məcid Şahüseyni hal-hazırda İran İslam cümhuriyyətinin birinci kanalında İslam maarifi bölməsinin müdiridir.

 Avropa kinosunun axirəz-zaman, dəccal, Məsihin zühuru və son müharibə kimi mövzular haqda filim çəkməsini necə dəyərləndirirsiniz?

Holivudun axirəz-zamana baxışı onun digər nəzərləri kimi öncədən planlanmış təfəkkür və proqram əsasındadır. Holuduv axirəz-zamanın yeni, cazibəli və tamaşaçı bəyənən bir sujet olduğuna görə onun sorağına getmir. Holivud texnologiya baxımdan inkişaf etsə də onun axirəz-zaman mövzusuna üz tutması bu mövzunun onun üçün cazibəli bir sujet olduğuna gör deyil. Bəlkə onun gizli məqsədləri vardır.

 Ümumiyyətlə axirəz-zaman və dünyanın sonu bütün bəşərin qəbul etdiyi bir inancdır. İnsan necə qəbul edə bilər ki, dünya bu formada davam edəcək və sona çatmayacaq.Buna görə də biz istər-istəməz dünyanın sonu olmayacağını qəbul etmirik. Bu səbəbdən sözügedən sonluğu canlandırmağa çalışırıq.

  Axirəz-zaman mövzusu Holivudun təfəkkür otağının sərmayəsi olma qabiliyyətinə malik olduğuna görə onlar sehyonist təfəkkürünü filmlərində təbliğ edirlər. İlk gündən Holivud yəhudilərin əlində olduğundan onlar Tövratda olan fikirləri Holivudda təbliğ edirdilər.

http://shabestan.ir/detail/News/711397

اقتراحات

Ad :
Email:(Vacib deyil)
Şərhin mətni:
Göndər

نظرات ارسال شده