خبرگزاری شبستان

شنبه ۳۰ تیر ۱۳۹۷

السبت ٩ ذو القعدة ١٤٣٩

Saturday, July 21, 2018

Servis xəbərlərinin titri

Ayətullah Behcətin hüzurunda

İmam Zamanın (əleyhissalam) qeyb olmasının səbəbi

İmam Zamanın (əcəlləllah taala fərəchuş-şərif) qeyb olmasının səbəbi bizik. Çünki bizim əlimiz Ona çatmır. Əgər bizim aramızda olsa və zahir və hazır olsa, Onu kim öldürər?! Onu cinlər öldürəcək yoxsa Onun qatili insandır?!

Servis Əsas səhifə Zaman :   Sunday, June 17, 2018 Xəbər kodu : 33914
Hövzə və universitet ustadının Şəbistanla müsahibəsi:
Müntəzirlərin nüdbəsinin İmam Zamanın (ə) zühuruna təsiri
Şəbistan xəbər agentliyi: Zühur əsrinin mədəni və iqtisadi proqramları İran İslam həyat tərzinin qeybət dövründə genişlənməsi və yayılması üçün gözəl fundament ola bilər. Yəni, təqva və islah etmə bütün dövrlərdə fəal ola bilər. İlahi vəzifələri yerinə yetirmək xas bir dövrə aid deyil.

Şəbistan xəbər agentliyinin Məhdəviyyət bölməsinin verdiyi xəbərə əsasən qeybət dövrünün tələbləri, əlaqələrin keyfiyyəti, qeybət əsrinin proqramları, hədislərə əsasən qeybət dövründə İmam Zamanı (ə) görməyin mümkünlüyü və digər mövzular bizi Hövzə və vuniversitet müəllimi Höccətül-islam vəl-müslimin Mürtəza Naini ilə söhbət aparmağa vadar etdi. Bu söhbəti əziz oxuculara təqdim edirik:

  Allahın iradəsi İmam Zamanın (ə) qeybdə olmasıdırsa və biz İmam Zamanı (ə) xarici aləmdə görmürüksə, bizim nüdbələrimizin mənası nədir. Nüdbə duasında İmam Zamanı (ə) tələb etmək üçün dediyimiz “Eynə” (hardadır) sözünü necə izah edə bilərsiniz?

İslam inqilabının Ali Rəhbəri (damət bərəkatuhu) dəyərli Nüdbə duasının cümlələri ki, biz “Eynə” deməklə İmam Zamanı (ə) görmə və görüşmə ümidi edirik-haqda belə deyir: Nüdbə duasının eynələri bizim İmam Zamanı (ə) görə bilmədiyimizə görə şikayətimizə dəlalət etsə də bu cümlələr bizə itirdiyimiz şəxsin qiyam etdi zaman hansı xüsusiyyətlərə sahib olacağını bizə açıqlamaq istəyir.

Məsələn: Duanın bir cümləsində deyilir:

«أَیْنَ قَاطِعُ حَبَائِلِ الْکِذْبِ وَ الافْتِرَاءِ»

Yalan və iftira simlərini qıracaq şəxs hardadır?

Ali Rəhbər bu cümlə haqda deyir: İmam Zaman (ə) öz hakimiyyəti dövründə yalan, töhmət və iftiranın kökün kəsəcək.

http://http://shabestan.ir/detail/News/711219

اقتراحات

Ad :
Email:(Vacib deyil)
Şərhin mətni:
Göndər

نظرات ارسال شده