خبرگزاری شبستان

چهارشنبه ۱۰ آذر ۱۴۰۰

الأربعاء ٢٦ ربيع الثاني ١٤٤٣

Wednesday, December 1, 2021

Servis xəbərlərinin titri

Ayətullah Xamenei iqtisadi problemlərin həlli üçün ciddi qərarların verilməsini tələb etdi

Şəbistan Xəbər Agentliyi: İran prezidenti, parlament spikeri, Məhkəmə Sisteminin rəhbəri və İqtisadi Kordinasiya Şurasının üzvlərinin görüşü Ali Rəhbər Ayətullah Xameneinin hüzurunda keçirilib.

Servis Əsas səhifə Zaman :   Sunday, June 17, 2018 Xəbər kodu : 33911

Şəfaət nədir? Hansı növ şəfaətlər var?
Şəfaət sözü lüğətdə vasitəçilik etmək kimi mənalandırılmışdır. Dinimizin nəzərinə görə isə, şəfaət bir məxluqun başqa bir məxluq üçün Allaha vasitəçi olmasıdır. Yəni, ona xeyir verib, şəri dəf etməyə çalışmasıdır.

Şəfaət sözü lüğətdə vasitəçilik etmək kimi mənalandırılmışdır. Dinimizin nəzərinə görə isə, şəfaət bir məxluqun başqa bir məxluq üçün Allaha vasitəçi olmasıdır. Yəni, ona xeyir verib, şəri dəf etməyə çalışmasıdır.

 

Şəfaətin 3 növü vardır:

 

1. Təkvini şəfaət. Tövhidi baxışa əsasən,  bütün var olanlar Allahın feyzinə möhtacdırlar, yəni, Allahın feyzi vasitəsilə var olurlar. Bu vasitə təkvini şəfaət adlanır.

 

2. Rəhbərin şəfaəti. Məadın ən mühüm mövzularından biri – əməllərin təcəssüm olmasıdır. Yəni, insanın bütün əməlləri: batin və zahiri ilə Qiyamət günü təcəssüm olacaqdır. Bu halda insanın özü üçün rəhbər seçdiyi şəxsin əməlləri də mühüm rol oynayır. Çünki o, öz rəhbərinin ardınca ya cənnətə, ya da cəhənnəmə daxil olacaqdır. (Yada sal) o gün(ü) ki, (əməl kitabını almaq üçün) insanların hər bir dəstəsini (tabe olduqları) öz imamı və səma kitabları ilə çağıracağıq”. (“İsra” 71).

 

İmam (ə) dünyada onun hidayət vasitəçisi olduğu kimi, axirətdə də şəfaət vasitəçisi olacaqdır.

 

3. Bağışlanma şəfaəti. Allah Təala bəzi əməlləri bağışlanma üçün vasitə qərar vermişdir. Onlardan biri – axirətdə İlahi övliyaların xahişi olacaqdır. Yəni, Allah onları Özü ilə bəndələri arasında şəfaət vasitəçisi qərar verəcəkdir. Ona görə də İlahi övliyaları şəfaət verənlər adlandırırlar. (Həvzəh)

 

Şəhid Mütəhhəri yazır: “Şəfaət – Allahın bağışlamasıdır ki, Allaha nisbət veriləndə məğfirət adlandırılır. O zaman ki, şəfaət edənə nisbət verilər, şəfaət adlanar. Əslində Allah iradə etmişdir ki, bu bəndələrini xilas edib, onlara nicat versin. Lakin onu əta etmək üçün bəzi vasitələr qərar vermişdir. “Onlar Allahın (əqidəsini) bəyəndiyi kəsdən başqa heç kəs üçün şəfaət etməzlər və onlar (həmişə) Allah qorxusundan xofdadırlar”. (“Ənbiya” 28).

 

Beləliklə deyə bilərik ki, şəfaət – Allahın təyin etdiyi qanunlardan biridir. Bu qanuna əsasən, İlahi övliyalar xüsusi bəndələrə Allahın izni ilə şəfaət verərlər və onların günahlarını bağışlamaq üçün vasitəçi olarlar. Yəni, İlahi övliyalar, günahkarların İlahi bağışlanmanı əldə etməsi üçün vasitəçi olarlar.

 

/Deyerler.org/

اقتراحات

Ad :
Email:(Vacib deyil)
Şərhin mətni:
Göndər

نظرات ارسال شده