خبرگزاری شبستان

یکشنبه ۱ مهر ۱۳۹۷

الأحد ١٣ المحرّم ١٤٤٠

Sunday, September 23, 2018

Servis xəbərlərinin titri

İranın silahlı qüvvələrinin Əhvazdakı paradına hücum edən terror dəstəsi məhv edilib

Şəbistan Xəbər Agentliyi:Terroristlər Müqəddəs Müdafiə həftəsi münasibətilə şənbə günü İranın cənub-qərbindəki Əhvaz şəhərində keçirilən İran silahlı qüvvələrinin paradına hücum ediblər.

Servis Əsas səhifə Zaman :   Saturday, June 16, 2018 Xəbər kodu : 33904
Məhdəviyyət üzrə ekspertin Şəbistana müsahibəsi:
Niyə Fitir bayramının sevincini Nübdəyə bağlayırıq?
Şəbistan xəbər agentliyi: Mübarək Ramazan ayının əməllərində və dualarında İmam Zamanı (ə) yad etməkdən əlavə Fitir və bəndəlik bayramında da Nüdbə duasını oxuyaraq Allahdan istəyirik ki, bu bayramın sevinc və şirinliyini zühurun vasitəsi ilə daha da artırsın.

Məhdəviyyət üzrə mütəxəssis Höccətül-islam Məhəmməd Sadiq Nəsrullahi Fitir bayramı günü Nüdbə duasının oxunulmasına təkid olunduğunu Şəbistan xəbər agentliyinin Məhdəviyyət bölməsinin müxbirinə belə açıqladı: Nüdbə İmam Zamana (ə) diqqət mənasını verir və İmamın (ə) qeybdə olduğuna görə Fitir bayramında bu duanın oxunuşuna sifarş olunub və bunun əsas səbəbi müntəzir cəmiyyəti zühura hazırlamaqdır.

 O, əlavə etdi: Biz Fitir bayramının namazında Əla surəsini oxuyaraq, deyirik:

«قَدْ أَفْلَحَ مَنْ تَزَكَّى»

Özünü paklayan insan nicat tapdı.

Bu xilas olmanın və nicat tapmanın ən kamil forması çirkinlikdən uzaq olmaq və məsum imamın (ə.c) razılığını əldə etməkdir. Eyni zamanda Fitir bayramının namazına toplaşmaq İmam Zamanla (ə) beyət üçün toplaşmağın bir nümunəsidir.

 Höccətül-islam Məhəmməd Sadiq Nəsrullahi bildirdi ki, Fitir bayramı imamət və vilayətə görə Allah dərgahına şükür etməkdir. Fitir bayramı günü möminlərin bir ay Allaha ibadət və bəndəlik etdiklərinə görə etdikləri şadlıqdır. Bu günün önəmli olmasının digər səbəbi həyatımızın İmam Zamana (ə) görə məna tapmasıdır. Mübarək Ramazan ayının əməllərində və dualarında İmam Zamanı (ə) yad etməkdən əlavə Fitir və bəndəlik bayramında da Nüdbə duasını oxuyaraq Allahdan istəyirik ki, bu bayramın sevinc və şirinliyini zühurun vasitəsi ilə daha da artırsın.

http://shabestan.ir/detail/News/711110

اقتراحات

Ad :
Email:(Vacib deyil)
Şərhin mətni:
Göndər

نظرات ارسال شده