خبرگزاری شبستان

یکشنبه ۱ مهر ۱۳۹۷

الأحد ١٣ المحرّم ١٤٤٠

Sunday, September 23, 2018

Servis xəbərlərinin titri

İranın silahlı qüvvələrinin Əhvazdakı paradına hücum edən terror dəstəsi məhv edilib

Şəbistan Xəbər Agentliyi:Terroristlər Müqəddəs Müdafiə həftəsi münasibətilə şənbə günü İranın cənub-qərbindəki Əhvaz şəhərində keçirilən İran silahlı qüvvələrinin paradına hücum ediblər.

Servis Əsas səhifə Zaman :   Thursday, June 14, 2018 Xəbər kodu : 33899
(Əhli-beytin (ə) həyat tərzində və hədislərdə Ramazanın və oruc tutmağın təlimləri (5
Para xurma tumu ilə də olsa, oddan uzaqlaşın
Şəbistan xəbər agentliyi: Ey camaat! Oruc tutan möminə iftar verən şəxs bir qul azad etmək və öz keçmiş günahlarının bağışlanması kimi savaba sahib olar. Para xurma tumu ilə də olsa, oddan uzaqlaşın. Bir içim su ilə də olsa oddan uzaqlaşın.

Şəbistan xəbər agentliyi – Quran və maarif bölümü: Ey camaat! Allah ayı bərəkət, rəhmət və məğfirət dolu bir aydır. Bu ay Allah yanında ayların ən yaxşısı, gündüzləri gündüzlərin ən yaxşısı, gecələri gecələrin ən yaxşısı və saatları saatların ən yaxşısıdır. Elə bir aydır ki, bu ayda Allah qonaqlığına dəvət olunmusunuz. Siz bu ayda Allahın kəramətinə layiq görülmüsünüz. Bu ayda nəfəs çəkməyiniz həmd-səna demək sayılır. Yatmağınız ibadət sayılır. İbadət və duanız qəbul olunar. Ey camaat! Siz öz əməllərinizin əsirisiniz. İstiğfar etməklə özünüzü azad edin. Çiyinləriniz günahların ağırlığı altındadır. Uzun səcdələr etməklə onu yüngülləşdirin. Bilin ki, Allah Öz izzətinə and içmişdir ki, səcdə edənləri və namaz qılanları əzab etməsin. Qiyamət günü insanlar qəbirlərindən qalxdığı zaman onları odla qorxutmasın.

 Ey camaat! Bir şəxs oruc tutan bir möminə iftar versə, bir qul azad etmək və öz keçmiş günahlarının bağışlanması kimi savaba sahib olar. Ərz etdilər: Ey Rəsuləllah (s) bizim hamımızın bunu etməyə imkanımız yoxdur. O Həzrət buyurdu: Para xurma tumu ilə də olsa, oddan uzaqlaşın. Bir içim su ilə də olsa oddan uzaqlaşın.

http://shabestan.ir/detail/News/710592

اقتراحات

Ad :
Email:(Vacib deyil)
Şərhin mətni:
Göndər

نظرات ارسال شده