خبرگزاری شبستان

شنبه ۳۰ تیر ۱۳۹۷

السبت ٩ ذو القعدة ١٤٣٩

Saturday, July 21, 2018

Servis xəbərlərinin titri

Ayətullah Behcətin hüzurunda

İmam Zamanın (əleyhissalam) qeyb olmasının səbəbi

İmam Zamanın (əcəlləllah taala fərəchuş-şərif) qeyb olmasının səbəbi bizik. Çünki bizim əlimiz Ona çatmır. Əgər bizim aramızda olsa və zahir və hazır olsa, Onu kim öldürər?! Onu cinlər öldürəcək yoxsa Onun qatili insandır?!

Servis Əsas səhifə Zaman :   Thursday, June 14, 2018 Xəbər kodu : 33896
Məhdəviyyət eksperti və müəllifinin Şəbistana müsahibəsi:
Müntəzirin hünəri Allah bəndəsi olmaqdır
Şəbistan xəbər agentliyi: Müntəzir üçün əhəmiyyətli olan şey oruc tutmaqla mənəm-mənəmlik və xüdbinlik zəncirindən xilas olmaqdır. İnsan xüdbinlikdən uzaq olduqca İmam Zamanla (ə) olan fasiləsi az olur. Buna görə də orucluğun ruhu və həqiqəti insanı İmam Zamana (ə) yaxınlaşdırır.

Şəbistan xəbər agentliyinin Məhdəviyyət və Qədir bölməsinin müxbirinin verdiyi xəbərə əsasən mübarək Ramazan ayının son günlərinin və Allahın qonaqlığının tərk etmə vaxtının çatması bir aylıq orucun nəticələrini  və müntəzir həyat tərzinin bəndəliyinin nəticələrini araşdırmaq üçün Qumun İxtisaslaşmış Məhdəviyyət mərkəzinin eksperti və “Qafeleye Salar”, “Simaye imame dıvazdəhom dər si cuze Quran” və “Ədiyyə və ziyarəte Məhdəvi” əsərlərinin müəllifi Höccətül-islam Mahmud Əbuzəri ilə söhbət apardıq. Bu söhbəti əziz oxuculara təqdim edirik:

Mübarək Ramazan ayının orucu müntəzir həyat tərzində hansı xüsusiyyətləri yaradır. Müntəzir ilin digər günlərində onlara riayət etməklə zühura yaxınlaşar?

 Müntəzir həyat tərzi və bu həyatın oruc və ya orucluqla ratibəsini üç mehvər əsasında açıqlamaq olar. Birinci mehvər budur ki, müntəzir həyat tərzində müntəzir üçün əhəmiyyətli olan itaət və varlıq aləminin Xaliqinə və Allahın vəlisinə müti olmaqdır. Açıq-aşkar hökm sadir olur ki,

«يَا أَيُّهَا الَّذِينَ آمَنُوا كُتِبَ عَلَيْكُمُ الصِّيَامُ كَمَا كُتِبَ عَلَى الَّذِينَ مِنْ قَبْلِكُمْ لَعَلَّكُمْ تَتَّقُونَ »

-müntəzir ləbbeyk deyir.

Müntəzir üçün əhəmiyyətli olan şey oruc tutmaqla mənəm-mənəmlik və xüdbinlik zəncirindən xilas olmaqdır.  İnsan  xüdbinlikdən uzaq olduqca İmam Zamanla (ə) olan fasiləsi az olur. Buna görə də orucluğun ruhu və həqiqəti insanı İmam Zamana (ə) yaxınlaşdırır.

http://shabestan.ir/detail/News/708009

 

اقتراحات

Ad :
Email:(Vacib deyil)
Şərhin mətni:
Göndər

نظرات ارسال شده