خبرگزاری شبستان

چهارشنبه ۲۳ آیان ۱۳۹۷

الأربعاء ٦ ربيع الأوّل ١٤٤٠

Wednesday, November 14, 2018

Servis xəbərlərinin titri

Ayətullah Xamenei iqtisadi problemlərin həlli üçün ciddi qərarların verilməsini tələb etdi

Şəbistan Xəbər Agentliyi: İran prezidenti, parlament spikeri, Məhkəmə Sisteminin rəhbəri və İqtisadi Kordinasiya Şurasının üzvlərinin görüşü Ali Rəhbər Ayətullah Xameneinin hüzurunda keçirilib.

Servis Əsas səhifə Zaman :   Thursday, June 14, 2018 Xəbər kodu : 33893
Məhdəviyyət ayələri;
Quranın İmam Zamanın (ə) zühurunu istəməyin yolları haqda məsləhətləri
Şəbistan xəbər agentliyi: Məhzəm daxil oldu və soruşdu: Sizə qurban olum, mənə bizim hal-hazırda yaşadığımız intizarın nə zaman baş verəcəyindən xəbər verin. İmam (ə) buyurdu: Ey Məhzəm! Vaxt təyin etmək yalan danışmaqdır. Tələsənlər həlak oldular. Təslim olanlar xilas oldular.

Şəbistan xəbər agentliyinin Məhdəviyyət bölməsinin verdiyi xəbərə əsasən Allah-taala mübarək Nəhl surəsinin birinci ayəsində buyurur:

«أَتَى أَمْرُ اللَّهِ فَلَا تَسْتَعْجِلُوهُ سُبْحَانَهُ وَتَعَالَى عَمَّا يُشْرِكُونَ»

(İslamın qələbəsi və müşriklərin əzabı barədə) Allahın əmri gəlib çatdı, buna görə də, onda tələsməyin. Allah ona şərik qoşduqlarından pak və ucadır.

 Ayənin elmi nəticələri:

1-Ayənin mövzusu kafirlərin Allahın qəzəbinin nazil olmasına tələsməsi olsa da “Əta əmrullah” cümləsi Allah qəzəb əmrinə məxsus deyil. Bəlkə Allahın bütün əmrlərinə aiddir. Məsələn: Cihad əmri, İmam Zamanın (ə) zühur əmri və qiyamət günün bərpa olunması əmri. Bu işlər haqda tələsmək olmaz.

 2-İmam Sadiq (ə) Allah-taalanın bu əmrinin mənası haqda buyurur: “Bu bizim əmrimizdir. Allah-taala əmr vermişdir ki, ona tələsməsinlər. (Bu zaman Allahın) üç ordu olacaq. Onlar aşağıdakılardan ibarətdir: Mələklər, möminlər və onun dəstəklədiyi. Onun qiyamı və başına gələnlər Allahın rəsulu (s) kimi olacaq.

3- Əbdürrəhman ibn Kəsir deyir: İmam Sadiqin (ə) hüzurunda idik. Məhzəm daxil oldu və soruşdu: Sizə qurban olum, mənə bizim hal-hazırda yaşadığımız intizarın nə zaman baş verəcəyindən xəbər verin. İmam (ə) buyurdu: Ey Məhzəm! Vaxt təyin etmək yalan danışmaqdır. Tələsənlər həlak oldular. Təslim olanlar xilas oldular.

http://shabestan.ir/detail/News/710652

اقتراحات

Ad :
Email:(Vacib deyil)
Şərhin mətni:
Göndər

نظرات ارسال شده