خبرگزاری شبستان

چهارشنبه ۲۳ آیان ۱۳۹۷

الأربعاء ٦ ربيع الأوّل ١٤٤٠

Wednesday, November 14, 2018

Servis xəbərlərinin titri

Ayətullah Xamenei iqtisadi problemlərin həlli üçün ciddi qərarların verilməsini tələb etdi

Şəbistan Xəbər Agentliyi: İran prezidenti, parlament spikeri, Məhkəmə Sisteminin rəhbəri və İqtisadi Kordinasiya Şurasının üzvlərinin görüşü Ali Rəhbər Ayətullah Xameneinin hüzurunda keçirilib.

Servis Əsas səhifə Zaman :   Thursday, June 14, 2018 Xəbər kodu : 33891
Məhdəviyyət sualları;
Zühurun vasitəsi ilə yeni din gətiriləcək?
Şəbistan xəbər agentliyi: İmam Zamanın (ə) yeni din gətirdiyini demək düzgün deyil. Bəlkə İmam Zaman (ə) hamını həqiqi dinə, Peyğəmbərin (s) sünnətinə və həyat tərzinə və Onun pak Əhli-beytinə (ə) dəvət edir. Qəzavət və hökm edəndə də belə edəcək.

Şəbistan xəbər agentliyi Məhdəviyyət bölməsinin verdiyi xəbərə əsasən İslam elmləri və mədəniyyəti elmi-tədqiqat mərkəzinin elmi üzvü Höccətül-islam vəl-müslimin Rəhim Kargər “Məhdəviyyət və zühur dövrü” kitabında yazır:

Belə bir sual var: Bu düzdürmü İmam Zamanın (ə) zühuru zamanı yeni din gətiriləcək?!

 Bəzi islam hədislərində belə oxuyuruq:

İmam Sadiq (ə) buyurdu:

اذا خرج القائم ياتى بامر جديد و كتاب جديد و سنه جديده و قضاء جديد

Qaim zühur edən zaman yeni əmr, yeni kitab, yeni metod və yeni məhkəmə gətirəcək.

Başqa bir hədisdə gəlmişdir:

اذا قام القائم جاء بامر جديد كما دعا رسول الله فى بدو الاسلام الى امر جديد

Qaim qiyam edən zaman yeni bir əmr gətirəcək. Necəki Peyğəmbər (s) İslam dininin əvvəllərində yeni bir əmrə dəvət edirdi.

İmam Zamanın (ə) yeni din gətirdiyini demək düzgün deyil. Bəlkə İmam Zaman (ə) hamını həqiqi dinə, Peyğəmbərin (s) sünnətinə və həyat tərzinə və Onun pak Əhli-beytinə (ə) dəvət edir. Qəzavət və hökm edəndə də belə edəcək.

http://http://shabestan.ir/detail/News/709427

اقتراحات

Ad :
Email:(Vacib deyil)
Şərhin mətni:
Göndər

نظرات ارسال شده