خبرگزاری شبستان

چهارشنبه ۲۴ مرداد ۱۳۹۷

الأربعاء ٤ ذو الحجّة ١٤٣٩

Wednesday, August 15, 2018

Servis Əsas səhifə Zaman :   Thursday, June 14, 2018 Xəbər kodu : 33889
Ərdəbil ostanının Mehdi mövud (ə) mərkəzinin müdirinin Şəbistana müsahibəsi:
“Kitabsız bir gün”-dən “Mehdi (ə) dostları planına qədər
Şəbistan xəbər agentliyi: Mühsini Ərdəbilin Mehdi mövud (ə) mərkəzinin praqramlarına işarə edərək, dedi: “Mehdi (ə) dostları” planının icrası və mədrəsələrdə kitabsız bir gün mərasiminin keçirilməsi və müntəzir ailələrin tərbiyəsi bu mərkəzin ən önəmli proqramlarından sayılır.

Ərdəbil ostanının Mehdi mövud (ə) mərkəzinin müdiri Doktor Hüseyn Mühsini Şəbistan xəbər agentliyinin Məhdəviyyət və Qədir bölməsinin müxbirinə verdiyi müsahibəsində bildirdi: Mərkəz ölkə üzrə Məhdəviyyət mövzusunda mədəni, təlimi və tədqiqi proqramları keçirir. Bu mərkəzin əsas hədəfi sözügedən mövzular haqda professonal və diqqətli araşdırma aparmaqdır. Bizim mərkəzimin Ali Rəhbərin dəftərxanasının nəzdində fəaliyyət göstərdiyi və Ərdəbildəki Ali RƏhbərin nümayəndəsi mərkəzə nəzarət etdiyinə görə ölkənin əksər mədəni və elm mərkəzləri bizimlə həmkarlıq edirlər.

 O, dedi: Bizim fəaliyyətlərimiz neçə istiqamətdə görülür. Onların ən əsası uşaq və gənclər sahəsində fəaliyyət göstərməkdir. Məsələn: Mübarək Ramazan ayında “Mehdi (ə) dostları” planı icra olunmaqdadır. Bu planda uşaqların və gənclərin tərbiyəsi ibtidai, orta və yüksək səviyyədə icra olunacaq.

 Mühsini dedi: Bu kursların əsas mövzusu Qum elmiyyə hövzəsinin İxtisaslaşmış Məhdəviyyət mərkəzi tərəfdən Mehdi mövud (ə) mədəni mərkəzinin əsas proqramı kimi hazırlanır və bu kursların hər birində Məhdəviyyət əsasında əxlaq, əqaid, əhkam və ictimai işlər tədris olunur.

Mühsini Ərdəbilin Mehdi mövud (ə) mərkəzinin praqramlarına işarə edərək, dedi: “Mehdi (ə) dostları” planının icrası və mədrəsələrdə kitabsız bir gün mərasiminin keçirilməsi və müntəzir ailələrin tərbiyəsi bu mərkəzin ən önəmli proqramlarından sayılır.

http://shabestan.ir/detail/News/708945

اقتراحات

Ad :
Email:(Vacib deyil)
Şərhin mətni:
Göndər

نظرات ارسال شده