خبرگزاری شبستان

سه شنبه ۱ آیان ۱۳۹۷

الثلاثاء ١٣ صفر ١٤٤٠

Tuesday, October 23, 2018

Servis xəbərlərinin titri

Ayətullah Xamenei iqtisadi problemlərin həlli üçün ciddi qərarların verilməsini tələb etdi

Şəbistan Xəbər Agentliyi: İran prezidenti, parlament spikeri, Məhkəmə Sisteminin rəhbəri və İqtisadi Kordinasiya Şurasının üzvlərinin görüşü Ali Rəhbər Ayətullah Xameneinin hüzurunda keçirilib.

Servis Əsas səhifə Zaman :   Wednesday, June 13, 2018 Xəbər kodu : 33883
Ayətullah Əhədi
Tövbə etmək məğrurluq səbəbi deyil, Allahın bir lütfüdür
Şəbistan xəbər agentliyi: Ayətullah Əhədi dedi: Tövbənin həqiqəti budur ki, günahlarını kiçik saymasın və tövbə etdikdən sonra da məğrur olmasın. Çünki Allahın lütfü sayəsində insan tövbə etməyə nail olur.

Şəbistan xəbər agentliyinin jurnalistinin verdiyi xəbərə əsasən,  elmi hövzənin ali dərəcəli ustadı Ayətullah Mehdi Əhədi Əz-Zəhra hüseyniyyəsində çıxış edərək dedi: Tövbə o məsələlərdəndir ki, ariflər və mühəddislər hamısı birlikdə onun barədə danışıblar.

O, günahı böyük saymaq barədə dedi: Allaha itaətsizlik və Onun göstərişlərinin əksinə əməl etmək çox böyük bir məsələdir. Bu barədə heç bir halda səhlənkarlıq etmək olmaz. Çünki bu hal insanı ismət məqamından çıxardır və onda yalançı bir secinc yaradır. Buna görə də tövbə ilə istəyir ki, bu yalançı secinci aradan qaldırsın və onun qarşısında səhlənkar davranmasın. Bu çətin bir tövbədir.

 O, əlavə etdi ki, bu vəziyyətdə tövbə edən guşənişinlik etməlidir. Başqaları da ondan uzaqlaşa bilərlər. Bu duruma hamı dözə bilməz.

O, qeyd etdi ki, bir çoxları günah edir və onu kiçik sayırlar. Ya da şadlıq adı ilə b məsələyə üzr gətirirlər. Buna görə də tövbə etməyə müvəffəq olmurlar. Bunun nəticəsində də duaları qəbul olmur.

Tövbə edərkən özünü ittiham etməkdən məqsəd budur ki, öz tövbəsini naqis hesablasın. Çünki öz tövbəsini kamil bildiyi surətdə Allaha yetişmək üçün çox səy göstərməz.    

http://shabestan.ir/detail/News/710021

اقتراحات

Ad :
Email:(Vacib deyil)
Şərhin mətni:
Göndər

نظرات ارسال شده