“İslam dinində iqtisadi fəaliyyətlər sahəsində qadınlar və kişilər arasında heç bir fərq və təfavüt yoxdur. Qadınların da kişilər kimi iqtisadi sahədə fəaliyyət hüququ və öz əllərinin bəhrələrinə malikiyyət haqları vardır. Onların ərləri onların icazəsi olmadan onların mallarında dəxalət etmək haqq və ixtiyarına malik deyildirlər”.
Şəbistan Xəbər Agentliyi xəbər verir ki, bu sözləri Ayətullah Nuri Həmədani “Amerikasayağı insan hüquqları Ayətullah Xameneinin nəzərində” elmi konfransına göndərdiyi bəyanatda yazır.
Bəyanatda daha sonra göstərilir ki, İslam dinində həyat haqqı yalnız insanlara yox, hətta heyvanlara da verilir. Heyvanların hüquqlarını riayət etmək üçün əhkam və qanunlar qoyulur. Belə ki, heyvanları yersiz ovlamaq və əyləncəyə xatir onları şikar etmək həram sayılır.
İslam dinində insanlara kəramət dəyər azadlığı verilir. Belə ki, onların hörməti, abrı və heysiyyatı gözlənilir.
Azadlıq hüququ, insani dəyərlər islamda əsas prinsiplər kimi çıxış edir. Bəli, bunun da özünün bir həddi vardır. Sözsüzdür ki, islam qərb mədəniyyətindən qalxan, bu əqidə və əxlaqa sökənən təlim və dəyərləri qəbul etməyəcəkdir. Belə ki, İslam dinində insanlar öz həvayi - nəfslərini, nəfsani istəkləri ilə şəhvət qüvvələrini təmin etməkdə azad deyildirlər. Bunun öz çərçivəsi vardır.
http://shabestan.ir/detail/News/710477