خبرگزاری شبستان

چهارشنبه ۲۴ مرداد ۱۳۹۷

الأربعاء ٤ ذو الحجّة ١٤٣٩

Wednesday, August 15, 2018

Servis Əsas səhifə Zaman :   Wednesday, June 13, 2018 Xəbər kodu : 33877
(Əhli-beytin (ə) həyat tərzində və hədislərdə Ramazanın və oruc tutmağın təlimləri (4
Rəbbən-nurul-əzim" duasının fəziləti barədə Cəbrailin Peyğəmbərə (s) müjdəsi"
Şəbistan xəbər agentliyi: Peyğəmbər (s) buyurdu: Cəbrail mənim yanıma gələrək dedi: Ey Məhəmməd! Allah Ramazan ayında iftardan qabaq bu duanı oxuyan şəxsin duasını qəbul edər. Habelə Allah onun namazını, orucunu və 10 duasını qəbul edər. Qiyamət günündə onun çöhrəsi 14 gecəlik aydan daha parıltılı olacaq.

 Şəbistan xəbər agentliyi – Quran və maarif bölümü: İftarda və səhər yeməyində bismillah dedikdən sonra və yeməyə başlamamışdan qabaq görüləcək ən mühüm işlərdən biri Qədr surəsini oxumaqdır. Habelə iftardan qabaq oxunan ən yaxşı dua "İqbal" kitabında gəlmiş bir duadır. Müfəzzəl ibn Ömər onu nəql etmişdir ki, İmam Sadiq (ə) buyurdu: Peyğəmbər (s) Həzrət Əliyə (ə) buyurdu: Əbəl-Həsən Ramazan ayı yaxınlaşmışdır. İftardan qabaq dua et. Cəbrail mənim yanıma gələrək dedi: Ey Məhəmməd! Allah Ramazan ayında iftardan qabaq bu duanı oxuyan şəxsin duasını qəbul edər. Habelə Allah onun namazını, orucunu və 10 duasını qəbul edər. Onun günahını bağışlayıb qəm-qüssəsini aradan aparar. Həmçinin problemlərini həll edib hacətlərini verər. Onu məqsədinə yetişdirər. Onun əməlini peyğəmbərlərin və siddiq insanların əməlləri ilə yuxarı aparar. Qiyamət günündə onun çöhrəsi 14 gecəlik aydan daha parıltılı olacaq. Bu duanın hansı dua olduğunu soruşdum? Cəbrail dedi: "Rəbbən-nurul-əzim" duasıdır.

http://shabestan.ir/detail/News/710590

اقتراحات

Ad :
Email:(Vacib deyil)
Şərhin mətni:
Göndər

نظرات ارسال شده