خبرگزاری شبستان

دوشنبه ۲۸ خرداد ۱۳۹۷

الاثنين ٥ شوّال ١٤٣٩

Monday, June 18, 2018

Servis Əsas səhifə Zaman :   Wednesday, June 13, 2018 Xəbər kodu : 33876

Quran səsi ən həzin musiqidir
Şəbistan Xəbər Agentliyi: Ata və ananın boynunda övladın haqqlarından biri də budur ki, onu Quran əhli etsin. Quran əsasında tərbiyə etsin. Peyğəmbərimizin (s) və Əhli - beytin (ə) məhəbbəti əsasında onu böyütsün.

Şəbistan Xəbər Agentliyi xəbər verir ki, höccətül - islam vəl – müslimin Mehdi Neylipur dünən İranın İsfəhan Universitetində Quranla bağlı təşkil edilən toplantıda çıxışında dedi: Quranla sıx bağlılıq insanın ruhu cəhətdən güclənməyinə səbəb olur.

 

Əgər yeniyetmə və gənclər Quran yolunda addım atsalar, Quranın nuru onların ət və dəriləri ilə qatışacaqdır.

 

Quranı oxumaq, dərk etmək, əməl etmək üçün həmişə çalışmalıyıq.

 

Övladlarını Quran süfrəsi ətrafında otuzduran ata və analar qiyamət günü behiş tacları ilə məhşərə daxil olacaqlar.

 

Ata və ananın boynunda övladın haqqlarından biri də budur ki, onu Quran əhli etsin. Quran əsasında tərbiyə etsin. Peyğəmbərimizin (s) və Əhli - beytin (ə) məhəbbəti əsasında onu böyütsün.

 

 

Quranla əlaqədə və ünsiyyətdə olmağın növləri vardır: İlk növ gözlə Quranla münasibətdə olmaqdır. İkinci mərhələ qulaqla Quranla münasibətdə olmaqdır. Artıq üçüncü mərhələdə dillə Quranla münasibətdə olmalıyıır, yəni Quran oxumaqdır. Dörsüncü mərhələdə isə Qurandan dəlil və əsas, yəni arqumentlər gətirməkdir. Belə ki, fikir və zehinlə Quranla əlaqədə olmaqdır. Sonuncu mərhələ isə Quranla əməli cəhətdə əlaqədə və münasibətdə olub, Qurana əməl etməkdir.

 

http://shabestan.ir/detail/News/710587

اقتراحات

Ad :
Email:(Vacib deyil)
Şərhin mətni:
Göndər

نظرات ارسال شده