خبرگزاری شبستان

چهارشنبه ۲۴ مرداد ۱۳۹۷

الأربعاء ٤ ذو الحجّة ١٤٣٩

Wednesday, August 15, 2018

Servis Əsas səhifə Zaman :   Wednesday, June 13, 2018 Xəbər kodu : 33875
Höccətül-islam vəl-müslimin Mərvi
Şəvval ayının hilalı hələ görsənməmişdir
Şəbistan xəbər agentliyi: Ali Rəhbərin "hilalı (yeni ayı) izləmə təşkilatı"nın müdiri dedi: Şəvval ayının hilalının görsənməsi barədə ekspertlərin nəzəri budur ki, ayın görünməsi Cümə axşamı (Ramazan ayının 29-cu günündə) ölkənin səmasının bəzi hissələrində baş verəcək. Ay görülə biləcək.

Şəbistan xəbər agentliyinin Quran və maarif jurnalistinin verdiyi xəbərə əsasən, Ali Rəhbərin "hilalı (yeni ayı) izləmə təşkilatı"nın müdiri Höccətül-islam vəl-müslimin Əhməd Mərvi Şəvval ayının hilalının görsənməsi və Fitr bayramı üçün təşkil olunmuş informasia toplantısında dedi: Şəvval ayının hilalının görsənməsi barədə ekspertlərin nəzəri budur ki, ayın görünməsi Cümə axşamı (Ramazan ayının 29-cu günündə) ölkənin səmasının bəzi hissələrində baş verəcək. Ay görülə biləcək.

O, sözünü belə davam etdirdi ki, bu il Şəvval ayının görsənməsi Ramazan ayının görsənməsi kimi asan olmayacaq. Ayı görmək üçün təqribən 120 dəstə ölkədə yerləşmişdir. Dəstələrin çoxu ayın görülməsi rahat olan yerlərdə qərarlaşmışlar. Xəbərlər kamilləşdikdən sonra Ali Rəhbərin dəftərinə göndəriləcək. O Cənabın nəzərində ayın görülməsi dəqiqləşdikdən sonra bayram günü elan olunacaq. Belə olmadığı surətdə Cümə günü Ramazan ayının 30-cu günü olacaq.

O, Fitr bayramının zamanının gec elan olunmasının səbəbi barədə dedi: Bayramın zamanı buna xatir gec elan olunur ki, ay gün batdığı zaman görünür. Ekspertlərimiz uzun zaman dağlıq yerlərdə qərarlaşırlar. Bu cəhətdən əlaqə yaratmaq imkanları zəifdir. Buna görə də özlərini əlaqə yaratmaq üçün imkan olan yerlərə çatdırmalıdırlar.

O, qeyd etdi ki, ən azı 20 məntəqədən ayın görülməsi xəbəri gəlməlidir. Sonra xəbərlər Ali Rəhbərə göndərilir. Bəzən o Cənabın da sualları vardır ki, cavablandırılmalıdır.

http://shabestan.ir/detail/News/710799

اقتراحات

Ad :
Email:(Vacib deyil)
Şərhin mətni:
Göndər

نظرات ارسال شده