خبرگزاری شبستان

سه شنبه ۲۰ آذر ۱۳۹۷

الثلاثاء ٣ ربيع الثاني ١٤٤٠

Tuesday, December 11, 2018

Servis xəbərlərinin titri

Ayətullah Xamenei iqtisadi problemlərin həlli üçün ciddi qərarların verilməsini tələb etdi

Şəbistan Xəbər Agentliyi: İran prezidenti, parlament spikeri, Məhkəmə Sisteminin rəhbəri və İqtisadi Kordinasiya Şurasının üzvlərinin görüşü Ali Rəhbər Ayətullah Xameneinin hüzurunda keçirilib.

Servis Əsas səhifə Zaman :   Tuesday, June 12, 2018 Xəbər kodu : 33872
Elmi hövzənin ustadı
Sirri ifşa etmək insanın yaxşılıqlara yetişməsinə mane olur
Şəbistan xəbər agentliyi: Elmi hövzənin ustadı dedi: İnsanın yaxşılıqlara yetişməsinin maniələrindən biri sirri ifşa etməkdir ki, ağıl və şəriət nəzərindən haramdır.

Şəbistan xəbər agentliyinin jurnalistinin verdiyi xəbərə əsasən, elmi hövzənin ustadı Höccətül-islam vəl-müslimin Seyyid Məhəmmədbaqir Ələvi Tehrani Əmir (ə) məscidində mübarək Ramazan ayı münasibəti ilə keçirilən mərasimdə çıxış edərək dedi: İnsanın yaxşılıqlara yetişməsinin maniələrindən biri sirri ifşa etməkdir.

O, əlavə etdi ki, sirr gizlin olan bir məsələdir. Onun gizli qalması barədə də təkid var. Onun ifşa olunması üçün heç bir əqli və şərii dəlil yoxdur.

O, insanın eybinin gizlin bir məsələ olduğuna və başqalarının yanında bəyan olunmamasına işarə edərək dedi: İnsan öz eyblərini yalnız Allahı ilə öz  arasında saya bilər. Bu Allaha doğru atılan addımlardan biridir. Amma başqalarının yanında öz eyblərini bəyan etmək günahdır.

O, qeyd etdi ki, bəzən sirri ifşa etmək başqalarına aid olur. Başqalarının sirri odur ki, şəxs camaatın ondan xəbərdar olmasını istəmir.

O, bvildirdi ki, bəzən cəmiyyət arasında sirri ifşa etmək əmanətə xəyanət etmək surətində baş verir. Əmanətin nümunələrindən biri o məclislərdir ki, orada danışılan sözlərin çölə çıxarılmaması istənilir. Orada danışılan sözü çölə çıxartmaq əmanətə xəyanətdir. Sözü deyənin sözünün başqa yerdə deyilməsinə razı olsa, xəyanət sayılmaz.

O, xatırlatdı ki, İmam Sadiq (ə) buyurur: Bütün sirrlərinizi dostunuzun yanında deməyin. Əgər bir gün düşmən ona nüfuz edərsə, sənin üçün zərərli olar.

http://shabestan.ir/detail/News/710461

اقتراحات

Ad :
Email:(Vacib deyil)
Şərhin mətni:
Göndər

نظرات ارسال شده