خبرگزاری شبستان

دوشنبه ۲۸ خرداد ۱۳۹۷

الاثنين ٥ شوّال ١٤٣٩

Monday, June 18, 2018

Servis Əsas səhifə Zaman :   Tuesday, June 12, 2018 Xəbər kodu : 33871
Xobrəqan məclisinin üzvünün Şəbistan xəbər agentliyinin jurnalisti ilə müsahibəsi
Fitr bayramı İslam ümmətinin iqtidarının simvoludur
Şəbistan xəbər agentliyi: Ayətullah Kəbi dedi: Böyük və mübarək Fitr bayramı oruc tutanların mübarək Ramazan ayındakı əməllərinin nəticəsi üçün Mütəal Allah tərəfindən verilmiş dəyərli bir hədiyyədir. Bu böyük bayramda qılınan namaz İslam ümmətinin iqtidarının simvoludur.

Xuzistan xalqının Xobrəqan məclisindəki nümayəndəsi Ayətullah Abbas Kəbi Şəbistan xəbər agentliyinin Quran və maarif jurnalisti ilə müsahibəsində böyük və mübarək Fitr bayramına və bu böyük günə diqqət etməyin zərurətinə işarə edərək dedi: Fitr bayramı dünya müsəlmanlarının böyük bayramlarından biridir. Bu bayramın müsəlmanların vəhdətini möhkəmləndirmək kimi bir mesajı vardır. Habelə bu bayram əxlaqı və Pərvərdigarın bəndəliyini bizi xatırladır.

O, əlavə etdi ki, böyük və mübarək Fitr bayramı oruc tutanların mübarək Ramazan ayındakı əməllərinin nəticəsi üçün Mütəal Allah tərəfindən verilmiş dəyərli bir hədiyyədir. Bu böyük bayramda qılınan namaz İslam ümmətinin iqtidarının simvoludur. Buna görə də mübarək Fitr bayramının namazı ilahi bir şəxsin rəhbərliyi ilə İslam rejiminin iqtidarını xatırladır.

O, qeyd etdi ki, mübarək Ramazan ayının son günlərində və xüsusi ilə də Fitr bayramında müsəlmanların və oruc tutanların atacaqları mühüm addımlardan biri sileyi-rəhm etmək, dini göstərişlərə olan inancı gücləndirmək və mövcud olan ixtilafları aradan qaldırmaqdır. Habelə bu bayramda Qüds, məzlum Fələstin, Qəzzə və Miyanmar xalqlarına olunan zülm kimi İslam ümmətinin məsələlərinə diqqət etməkdir.  

 

http://shabestan.ir/detail/News/710619

اقتراحات

Ad :
Email:(Vacib deyil)
Şərhin mətni:
Göndər

نظرات ارسال شده