خبرگزاری شبستان

چهارشنبه ۲۴ مرداد ۱۳۹۷

الأربعاء ٤ ذو الحجّة ١٤٣٩

Wednesday, August 15, 2018

Servis Əsas səhifə Zaman :   Tuesday, June 12, 2018 Xəbər kodu : 33867

Oruc fərdi baxımdan insanın iradəsinin möhkəmlənməsinə və...
İmam Rza (ə) buyurmuşdur: “Ramazan ayının digər aylara üstünlüyü Rəsulullahın (s) digər insanlara olan üstünlüyü kimidir.”

Ramazan ayını yaşayırıq. Bu ayda Allahın mənəvi süfrəsində əyləşmək, ilahi ruzidən qidalanmaq insanlara bir lütfdür.Maide.Az mübarək Ramazan ayı boyunca müxtəlif məlumatlarla yanaşı, ruhanilərin də müsahibələrini dərc edir. Qonağımız ruhani Hacı Cəmil Həsənovdur.

1. İlk dəfə oruc tutmağa nə vaxtdan başlamısınız? Bu barədə maraqlı xatirələriniz…

Bağışlayan və mehriban Allahın adı ilə! On beş yaşımdan oruc tutmağa başlamışam və mərhum atamla bağlı bir xatirəni diqqətinizə çatdırmaq istəyirəm. Mərhum atam müəllim idi və bizim məntəqədə yaşayanlar bilirlər ki, mərhum atam dindar bir şəxs olub. Atam rayonumuzun kəndlərindən birində məktəb direktoru işləyərkən, mübarək Ramazan ayında məktəbə yoxlama gəlir. Xidmətçilər onların qarşısına çay qoyurlar. Gələn yoxlama qurupu atamın qarşısına çay qoyulmadığını gördükdə, onun oruc olduğunu hiss edirlər. Onlardan biri öz çayını atama tərəf itələyərək, ona çay içməyi təkid edir və içməyəcəyi təqdirdə, onun üçün işi ilə bağlı problemlər yaradacağını deyir. Bu zaman atam məktəbin möhürünü götürüb həmin şəxsin qarşısına qoyaraq deyir ki, alın götürün, elə indidən sizin olsun!

2. Oruc haqqında Peyğəmbər (s) və ya məsumlardan (ə) bir hədis sizin dilinizdən eşidək.

İmam Rza (ə) buyurmuşdur: “Ramazan ayının digər aylara üstünlüyü Rəsulullahın (s) digər insanlara olan üstünlüyü kimidir.”

3. Orucluqla bağlı cəmiyyət üçün zəruri hesab etdiyiniz bir şəri məsələ deyərdiniz.

Bəzən həkimlər bəzi xəstələrə oruc tutmağı qadağan edirlər. Ayətullah Xameneinin bu haqda nəzəri belədir: “Əgər həkimin qadağası insana xatircəmlik gətirərsə, o zaman həkimin sözü etibarlıdır; əks-təqdirdə, həkimin sözü etibarsızdır.”

4. Orucluğun İslam cəmiyyəti üçün hansı təsiri var?

Ümumiyyətlə, ibadət insanı nəfsinə hakim edir. Oruc fərdi baxımdan insanın iradəsinin möhkəmlənməsinə və Qurani-Kərimdə buyurulduğu kimi, ilahi təqvanın yaranmasına kömək edir, eləcə də, insanda səbir kimi gözəl xüsusiyyətin güclənməsinə səbəb olur.

İctimai baxımdan, insanlar arasında birlik, bərabərlik və qayğıkeşlik hisslərinin yaranmasında böyük təsirə malikdir. İnsan Ramazan ayında öz halal malına göz yummaqla digərlərinin də malına və haqqına əl uzatmamağı məşq edir.

Siyasi baxımdan isə, oruc müsəlmanlara iqtisadi blokadalarda təslim olmamağı, aclıq və susluğa dözməyi öyrədir.

5. Ramazan ayı həm də Quranın baharı hesab olunur. Bu ayda bir ayənin tilavəti bir Quran xətminə bərabərdir. Oruc tutan şəxslərə hansı ayəni oxumağı tövsiyə edərdiniz?

Bəli, uca Rəbbimiz Qurani-Kərimdə Ramazan ayını elə Qurani-Kərimlə tanıtdırır. “Bəqərə” surəsinin 185-ci ayəsində belə buyurur: “Ramazan ayı insanların bələdçisi, aşkar hidayət dəlillərinə malik və haqqı batildən ayıran Quranın nazil olduğu bir aydır.”

Bu ayədən sonra Qurani-Kərimin ən mərhəmətli ayəsi hesab olunan 186-cı ayədə isə belə buyurur: “Mənim bəndələrim səndən Mənim barəmdə soruşanda (de ki,) mən həqiqətən (hamıya) yaxınam. Məni çağıran zaman dua edənin duasını qəbul edirəm. Odur ki, Mənim dəvətimi qəbul etsinlər və Mənə iman gətirsinlər ki, bəlkə yolu tapdılar.”

İnsanlar bu ayəninin vasitəsilə bu ayda özlərini bağışlatdıra bilərlər.

6. Zəhmət olmasa, Ramazan ayı barədə məsumlardan (ə) və ya din alimlərindən ibrətli bir hadisə nəql edərdiniz.

Əziz Peyğəmbərimiz haqqında deyilir ki, o həzrət mübarək Ramazan ayının 20-dən sonra gecələri tamamilə yatmazmış. İmam Səccad ağanın mübarək Ramazan ayı ilə vidalaşması həqiqətən də təsirli və düşündürücü bir duadır. İmam (ə) bu duada Ramazan ayı ilə ağalaya-ağalaya vidalaşır. Çox təsirli bir münacatdır.

Mirzə Məhəmmədcəfər Ənsari Şeyx Ənsarinin yaxın qohumlarından biridir. Onun haqqında yazırlar ki, Ramazan ayında hər gün bir cüz Quran, “Aşura” ziyarəti ilə “Camiyeyi-kəbirə” ziyarətini ayaqüstə oxuyarmış.

Həmçinin Peyğəmbəri-Əkrəm (s) bu ayda əsirləri azad edər, imamlarmız da öz xidmətçilərinə bu ayda daha artıq diqqət göstərərmişlər.

7. Oruc tutanlara hər hansı bir tövsiyəniz varmı?

Oruc tutan bacı və qardaşlarımızdan istəyimiz budur ki, bu aya məxsus gözəl ənənələri, əməlləri, ibadətləri və xeyirli işləri bu aydan sonra da davam etdirsinlər. Əxlaq alimlərinin buyurduqları kimi, oruc insan üzərində iki əsas təsir qoyur: biri az danışmaq, digəri isə az yemək. Yaxşı olar ki, mübarək Ramazan ayından sonra da bu iki gözəl xüsusiyyəti özümüzdə qoruyub-saxlayaq, üzümüzə açılmış rəhmət süfrəsındən faydalanmağı asanlıqla əldən verməyək. Allahdan istəyimiz budur ki, bütün müsəlmanların ibadət və itaətlərini qəbul etsin!

اقتراحات

Ad :
Email:(Vacib deyil)
Şərhin mətni:
Göndər

نظرات ارسال شده