خبرگزاری شبستان

سه شنبه ۱ آیان ۱۳۹۷

الثلاثاء ١٣ صفر ١٤٤٠

Tuesday, October 23, 2018

Servis xəbərlərinin titri

Ayətullah Xamenei iqtisadi problemlərin həlli üçün ciddi qərarların verilməsini tələb etdi

Şəbistan Xəbər Agentliyi: İran prezidenti, parlament spikeri, Məhkəmə Sisteminin rəhbəri və İqtisadi Kordinasiya Şurasının üzvlərinin görüşü Ali Rəhbər Ayətullah Xameneinin hüzurunda keçirilib.

Servis Əsas səhifə Zaman :   Tuesday, June 12, 2018 Xəbər kodu : 33864
“Addım ataq”\\ Höccətül-islam Kəfilin Şəbistanla müsahibəsi:
Qurandan ayrılmaq insanı uçuruma aparar
Şəbistan xəbər agentliyi: “Addım ataq” xalq yürüşlərinin nəticə verməsi üçün bütün müntəzirlər Qurandan bərk yapışmalıdırlar. Çünki Məhdəviyyət bəhslərində nə qədər Qurandan istifadə etsələr, daha möhkəm addımlar ata bilərik və möminlərin qəlbinə daha çox nüfuz edə bilərik.

Mehdi mövud (ə) mədəni mərkəzinin mədəni, təlim və tədqiq şöbəsinin müdir müavini Höccətül-islam vəl-müslimin Məhəmməd Sadiq Kəfil Şəbistan xəbər agentliyinin Məhdəviyyət və Qədir bölməsinin müxbiri ilə “Addım ataq” xalq yürüşü barədə apardığı söhbətində bu sualın cavabında “Quran maarifindən zühura zəmin yaratmaq üçün necə bəhrələnə bilərik?” dedi: Quran və Əhli-beyt (ə) birlikdə və Səqəleyn hədisinə əsasən bir-birindən ayrılmazlar. Buna görə də bir şəxs Qurana söykənsə və Əhli-beytdən (ə) uzaqlaşsa, Qurana əsasən həyat sürə bilməz.

 Höccətül-islam vəl-müslimin Məhəmməd Sadiq Kəfil dedi: Qurançı olmağın mənası Əhli-beytlə (ə) birlikdə olmaqdır. Bu iş yalnız Quran və onun təlimləri ilə birllikdə olmaqla həyata keçəcək. Quran və Əhli-beyt (ə) Peyğəmbərin (s) İslam ümməti üçün əmanət qoyduğu dəyərli mirasıdır. Onların hər ikisindən yapışmaq insanı xoşbətxliyə çatdırar.

Höccətül-islam vəl-müslimin Məhəmməd Sadiq Kəfil dedi: “Addım ataq” xalq yürüşlərinin nəticə verməsi üçün bütün müntəzirlər Qurandan bərk yapışmalıdırlar. Çünki Məhdəviyyət bəhslərində nə qədər Qurandan istifadə etsələr, daha möhkəm addımlar ata bilərik və möminlərin qəlbinə daha çox nüfuz edə bilərik.

http://shabestan.ir/detail/News/708894

 

اقتراحات

Ad :
Email:(Vacib deyil)
Şərhin mətni:
Göndər

نظرات ارسال شده