خبرگزاری شبستان

دوشنبه ۲۸ خرداد ۱۳۹۷

الاثنين ٥ شوّال ١٤٣٩

Monday, June 18, 2018

Servis Əsas səhifə Zaman :   Tuesday, June 12, 2018 Xəbər kodu : 33862
İntizar hədisi…..
İmam Zamanın (ə) zahiri xüsusiyyətləri
Şəbistan xəbər agentliyi: İmam Sadiqdən (ə) nəql olunan hədisə əsasən İmam Zamanın (ə) zahiri xüsusiyyətləri müəyyən olunmuşdur. Onların vasitəsi ilə İmamı tanıya bilərik.

Şəbistan xəbər agentliyinin Məhdəviyyət bölməsi xəbər verir:

Qeybət dövründə İmamın (ə) təsviri

قال علی بن ابراهیم بن مهزیار : فَدَخَلْتُ عَلَيْهِ صَلَوَاتُ اللَّهِ عَلَيْهِ وَ هُوَ جَالِسٌ‏ عَلَى‏ نَمَطٍ عَلَيْهِ نَطْعُ أَدِيمٍ‏  أَحْمَرَ مُتَّكِئٌ عَلَى مِسْوَرَةِ أَدِيمٍ فَسَلَّمْتُ عَلَيْهِ وَ رَدَّ عَلَيَّ السَّلَامَ وَ لَمَحْتُهُ فَرَأَيْتُ وَجْهَهُ مِثْلَ فِلْقَةِ قَمَرٍ لَا بِالْخَرِقِ وَ لَا بالبزق [بِالنَّزِقِ‏] وَ لَا بِالطَّوِيلِ الشَّامِخِ وَ لَا بِالْقَصِيرِ اللَّاصِقِ مَمْدُودَ الْقَامَةِ صَلْتَ الْجَبِينِ أَزَجَّ الْحَاجِبَيْنِ‏  أَدْعَجَ الْعَيْنَيْنِ أَقْنَى الْأَنْفِ عَلَى خَدِّهِ الْأَيْمَنِ‏ خَالٌ فَلَمَّا أَنْ بَصُرْتُ بِهِ حَارَ عَقْلِي فِي نَعْتِهِ وَ صِفَتِه‏

Əli ibn İbrahim ibn Məhziyar deyir: İmamın otağına daxil oldum. Həzrət keçənin üstünə salınmış, aşılanmış qırmızı dərinin üstə əyləşmiş və dəri balışa söykənmişdi. Ona salam verdim. Həzrət salamımı aldı. İmama gözucu baxdım.Üzü ay kimi parlayırdı.Nə bədəxlaq, nə yüngül xasiyyət, nə çox uzun, nə çox qısaboy, boyu normal idi.Geniş alnı, nazik qaşları, nazik, uzun burnu, sağ yanağında xalı var idi.Onu gördükdə Həzrəti vəsf etməkdə heyran qaldım. (Kəmaluddin, c 2, s 468)

Zühur etdikdə

حَدَّثَنَا مُحَمَّدُ بْنُ إِبْرَاهِيمَ بْنِ إِسْحَاقَ الطَّالَقَانِيُّ رَضِيَ اللَّهُ عَنْهُ قَالَ حَدَّثَنَا أَحْمَدُ بْنُ عَلِيٍّ الْأَنْصَارِيُّ عَنْ أَبِي الصَّلْتِ الْهَرَوِيِّ قَالَ‏ قُلْتُ لِلرِّضَا ع مَا عَلَامَاتُ الْقَائِمِ مِنْكُمْ إِذَا خَرَجَ قَالَ عَلَامَتُهُ أَنْ يَكُونَ شَيْخَ السِّنِّ شَابَ‏ الْمَنْظَرِ حَتَّى إِنَّ النَّاظِرَ إِلَيْهِ لَيَحْسَبُهُ ابْنَ أَرْبَعِينَ سَنَةً أَوْ دُونَهَا وَ إِنَّ مِنْ عَلَامَاتِهِ أَنْ لَا يَهْرَمَ بِمُرُورِ الْأَيَّامِ وَ اللَّيَالِي حَتَّى يَأْتِيَهُ أَجَلُه‏

Əbasəlt Hirəvi deyir: İmam Rzadan (ə)  soruşdum: Sizin Qaiminiz zühur edəndə onun hansı nişanələri olacaq? İmam (ə) buyurdu: Yaşı çox olsa da, cavan görü-nəcək.Görənlər Onu qırx ya ondan az yaşlı təsəvvür edəcəklər. Həzrətin digər əlaməti də budur ki, zühurdan əcəli çatana qədər cavan qalacaq.

 

Nəticə:

Yuxarıdakı hədisələrə əsasən İmam Zamanı (ə) belə təsəvvür etmək olar:

1-Rəngi:Ağ

2-Sifət quruluşu:Gözəlüzlü, ay kimi parlaq sifəti

3-Gözləri: Qaragöz, kəskin baxışlı

4-Qaşları: Nazik və uzun

5-Yanaqları: Saf və geniş, sağ yanağında xalı

6-Burnu: Nazik və uzun

7-Dişləri: Parlaq və qabaq dişləri bir-birindən ayrı

8-Saçı: Gözəl saçlı, saçı çiyninə tökülmüş və qalın saqqallı

9-Kürəyi: Enli kürək, çiyinində Peyğəmbərdə(s) olduğu kimi xalı var.

http://shabestan.ir/detail/News/710327

 

اقتراحات

Ad :
Email:(Vacib deyil)
Şərhin mətni:
Göndər

نظرات ارسال شده