خبرگزاری شبستان

دوشنبه ۲۸ خرداد ۱۳۹۷

الاثنين ٥ شوّال ١٤٣٩

Monday, June 18, 2018

Servis Əsas səhifə Zaman :   Tuesday, June 12, 2018 Xəbər kodu : 33861
Müntəzirlərin xüsusiyyətləri;
İntizar mədəniyyətində “Mənə nə” cümləsi yoxdur
Şəbistan xəbər agentliyi: Bəyənilmiş cəmiyyət elə bir cəmiyyətdir ki, insanlar dini vəzifə hiss edərək bütün işlərə nəzarət etsinlər və əhəmiyyətsiz yanaşmasınlar və “Mənə nə” mədəniyyətini formalaşmadırmasınlar.

 Şəbistan xəbər agentliyinin Məhdəviyyət və Qədir bölməsi xəbər verir: İslam ictimai dindir və fərdləri islah etməkdən əlavə cəmiyyət islah və inkişafına da nəzər edir.

Cəmiyyətin vəziyyətinin yaxşılaşması üçün qanunlar təyin olunması zəruridir. Ən yaxşı qanun o zaman yararlı olur ki, ona əməl olunsun. İslam qanunlarının icrasının zamini həm İslam hakimiyyəti, həm də icra və məhkəmə qüvvəsidir. Buna görə də həm insanların öhdəliyi və məsuliyyətli olmaları bütün insanların çiyinlərində bir dini vəzifədir. Buna əmr be məruf və nəhy əz münkər deyilir. Xüsusi ilə dillə təzəkkür vermə, bu insanların və dövlətin əməllərinə və işlərinə nəzarət edilir.

Əmr be məruf və nəhy əz münkər iki vacib əməldir. Namaz və orucla birgə fürui dindəndir. Allah-taala Quranda dəfələrlə ona əmr etmişdir və  onun təsirlərini buyurmuşdur.

 Hədislərdə də bu əməl ən üstün vacib kimi dəyərləndirilmişdir. İmam Baqir (ə) buyurur:

انَّ الامرَ بِالمَعروفِ و النّهیَ عَنِ المُنکَرِ سَبیلُ الانبیاءِ و مِنهاجُ الصُّلَحاءِ، فَریضةُ بِها تُقامُ الفرائضُ و تامَنُ المذاهِبُ و تَحِلُ المکاسبُ..

Əmr be məruf və nəhy əz münkər peyğəmbərlərin yolu və salehlərin metodudur. Ən böyük vacibidir ki, digər vaciblər onun vasitəsi ilə bərpa olunur. Yollar əmin-aman olur və qazanclar onun vasitəsi ilə halal olur.

 

http://shabestan.ir/detail/News/710439

 

اقتراحات

Ad :
Email:(Vacib deyil)
Şərhin mətni:
Göndər

نظرات ارسال شده