خبرگزاری شبستان

سه شنبه ۱ آیان ۱۳۹۷

الثلاثاء ١٣ صفر ١٤٤٠

Tuesday, October 23, 2018

Servis xəbərlərinin titri

Ayətullah Xamenei iqtisadi problemlərin həlli üçün ciddi qərarların verilməsini tələb etdi

Şəbistan Xəbər Agentliyi: İran prezidenti, parlament spikeri, Məhkəmə Sisteminin rəhbəri və İqtisadi Kordinasiya Şurasının üzvlərinin görüşü Ali Rəhbər Ayətullah Xameneinin hüzurunda keçirilib.

Servis Əsas səhifə Zaman :   Monday, June 11, 2018 Xəbər kodu : 33859
Höccətül-islam vəl-müslimin Pənahiyan
Quran Allahın ən böyük rəhmətidir ki, ondan istifadə etmədik
Şəbistan xəbər agentliyi: Höccətül-islam vəl-müslimin Pənahiyan dedi: Quran Allahın ən böyük rəhmətidir ki, qeyb aləmindən dünya adlı zindanda olan biz üçün nazil olmuşdur. Amma biz kor və karlar ondan heç bir şəkildə istifadə etməmişik və etmirik.

 Şəbistan xəbər agentliyinin jurnalistinin verdiyi xəbərə əsasən, elmi hövzə və universitet ustadı Höccətül-islam vəl-müslimin Əlirza Pənahiyan Ayətullah Haqşünas hüseyniyyəsində mübarək Ramazan ayının gecələri münasibəti ilə keçirilən mərasimdə çıxış edərək dedi: Əgər insan zahirə baxıb və böyük mehribanlıqlar arxasınca olsa, ilahi mehribanlığa gec yetişə bilər. Bir halda ki, ilahi rəhmət dini dərk etməyin əsasıdır. Onu təxirə salmaq olmaz.

O, əlavə etdi ki, deyilməsi çox tövsiyə olan müstəhəbbi zikr Bismillahir-Rəhmanir-Rəhimdir ki, hər işin əvvəlində deyilməlidir. Çünki bunun təsiri əməl zamanı çoxdur.

O, Allahın mehribanlığını təlqin etmək barədə dedi: Allah Öz Rəhmaniyyəti ilə hər bir şeyi xəlq etmişdir. O, hamıya hətta kafirlərə də nemət verir. Amma Onun Rəhimiyyət sifəti budur ki, insanı inkişaf etdirir ki, səadətə doğru hərəkət etsin.

O, Allahın mehribanlığı üzündən ehtiyacımız olan hər bir şeyi bizə verdiyinə işarə edərək dedi: İlahi peyğəmbərlər və Məsum İmamlar (ə) bu rəhməti və dini bizə bəyan etmək yolunda şəhadətə çatıblar.

Höccətül-islam vəl-müslimin Pənahiyan dedi: Quran Allahın ən böyük rəhmətidir ki, qeyb aləmindən dünya adlı zindanda olan biz üçün nazil olmuşdur. Amma biz kor və karlar ondan heç bir şəkildə istifadə etməmişik və etmirik.  

http://shabestan.ir/detail/News/710302

اقتراحات

Ad :
Email:(Vacib deyil)
Şərhin mətni:
Göndər

نظرات ارسال شده