خبرگزاری شبستان

پنج شنبه ۱۱ آذر ۱۴۰۰

الخميس ٢٧ ربيع الثاني ١٤٤٣

Thursday, December 2, 2021

Servis xəbərlərinin titri

Ayətullah Xamenei iqtisadi problemlərin həlli üçün ciddi qərarların verilməsini tələb etdi

Şəbistan Xəbər Agentliyi: İran prezidenti, parlament spikeri, Məhkəmə Sisteminin rəhbəri və İqtisadi Kordinasiya Şurasının üzvlərinin görüşü Ali Rəhbər Ayətullah Xameneinin hüzurunda keçirilib.

Servis Əsas səhifə Zaman :   Monday, June 11, 2018 Xəbər kodu : 33855

İranın Fələstin məsələsində həll yolu fələstinlilərin referendumudur
Şəbistan Xəbər Agentliyi: “Bir ölkənin idarəsi üçün yaxşı universitetin olması həyati məsələdir. Çünki cəmiyyətin düzgün idarə edilməsidə universitetlərdə yetişən imanlı, qorxmaz, çalışqan, özünə güvənən, haqqı qəbul edən, haqq carçısı, zülm və təcavüzlə mübarizə apara bilən, mehriban və güzəşt edən tələbələr iştirak edir.”

Ali Rəhbərin Baş Ofisinin rəsmi informasiya portalının verdiyi məlumata görə, Həzrət Ayətullahül-üzma Xamenei İranın universitetlər və elmi mərkəzlərinin yüzlərlə müəllim, elmi heyət üzvləri və tədqiqatçıları ilə görüşündə xatırladıblar: Rəsmən Birləşmiş Millətlər Təşkilatında qeydə alınmış İran İslam Respublikasının bu layihəsi dünyanın qəbul etdiyi normalara uyğun deyilmi? Bəs görəsən niyə avropalılar onu dərk etmək istəmirlər.

 

Həzrət Ayətullahül-üzma Xamenei dövrün Şimri yəni işğalçı sionist rejimin uşaq qatili olan baş nazirinin Avropaya səfərdə özünü məzlum göstərmək cəhdlərinə toxunaraq bildiriblər: Tarixin bütün zalımlarının başında duran bu cinayətkar avropalılara yalandan dedi ki, İran bizi və bir neçə milyon yəhudini məhv etmək istəyir halbuki, İranın Fələstin məsələsinə həll yolu tamamiylə məntiqə və demokratik qaydalara uyğundur.

 

İslam inqilabının böyük rəhbəri İran İslam Respublikasının bir çox xalqların kütlələri arasındakı yüksək mövqeyinə toxunaraq deyiblər: İslami İranın dəyərsiz zalım dövlətləri arasında ən çox düşməni var, elə region xalqları və bir çox xalqların kütlələri arasında da abıra, nüfuza və tərəfdara malikdir və bu xəbis düşmənlərin daima məkirli plan ardınca olmalarına gətirib çıxarıb ancaq Allahın fəzli ilə İran xalqı və İslam Respublikası qarşısında məğlubiyyətə uğrayacaqlar.

 

Həzrət Ayətullahül-üzma Xamenei çıxışının davamında universiteti ölkənin ağıl gücünün yetişdirlməsi üçün ən önəmli mərkəzlər adlandıraraq universitetlərin üç əsas zərurətinin " ölkənin problemləri ilə məşğul olmaq", " tələbələrin mədəni, əxlaqi və mentalitet cəhətlərdən tərbiyəsi" və " universitet mühitlərində davamlı dəyişikliklər"-dən ibarət olduğunu bildirərək vurğulayıblar: Ölkə problemləri elmlə həll olunmalı və bu istiqamətdə universitetlərin, universitet müəllimləri, çalışqan və stimullu, qabiliyyətli və istedadlı gənclərin  potensial və qabiliyyətlərindən istifadə son dərəcə önəmlidir.

 

İslam inqilabının böyük rəhbəri 20 faizlik zənginləşdirmə təcrübəsinin ölkə gənclərinin qabiliyyət və istedadının parlaq nümunəsi olduğunu bildirərək xatırladıblar: 20 faizlik zənginləşdirilmiş uranın satışına şərtlər qoyulduğu və bəzi rəsmilərin də bu sahədə bəzi imtiazlar verməyə meyilli olduqları dövrdə gəncləri səyləri ilə, müqavimət və israrla 20 faizlik uran əldə edə bildikvə dünya tam inanılmazlıqla gördü ki, artıq bizim Amerika, Rusiya və Fransa uranına ehtiyacımız yoxdur.

 

http://shabestan.ir/detail/News/710266

اقتراحات

Ad :
Email:(Vacib deyil)
Şərhin mətni:
Göndər

نظرات ارسال شده