خبرگزاری شبستان

چهارشنبه ۲۴ مرداد ۱۳۹۷

الأربعاء ٤ ذو الحجّة ١٤٣٩

Wednesday, August 15, 2018

Servis Əsas səhifə Zaman :   Monday, June 11, 2018 Xəbər kodu : 33852

Fitrə zəkatının çıxarılma qaydası və kimlərə verilməlidir?
Fəqir olmayan şəxs dedikdə özünün və ailəsinin illik xərclərini ödəyə bilənlər nəzərdə tutulur.

İyunun 15-də Azərbaycanda Fitr bayramı qeyd olunacaq. Ramazan ayı boyu oruc tutanlar niyyət edərək fitrə zəkatı çıxaracaqlar. Hər il qiymətlərdə müəyyən qədər dəyişiklik olduğu üçün fitrə zəkatının çıxarılmasının miqdarı də bir qədər dəyişilmiş olur. Fitr gecəsinin qürubundan qabaq həddi-büluğa çatmış, aqil və fəqir olmayan bütün şəxslərə fitrə zəkatı vacibdir. Yəni gərək özü və onun çörək yeyənləri (ailə üzvlərindən biri kimi) sayılan hər nəfər üçün, buğda, arpa, xurma, kişmiş, düyü, qarğıdalı və s. kimi yaşadığı ərazinin yemək növlərindən sayılan qidalardan təqribən 3 kq fitrə versin. Çıxarılacaq fitrə zəkatının növünə uyğun olaraq onu pul dəyərini də vermək olar. Bunlardan ən ucuzu arpa və buğda, ən bahalısı isə xurma hesab olunur  Əgər nəzərə alsaq ki, arpa və buğdanın bazarda qiyməti 30-50 qəpik həcmindədir, onda adambaşına bu 1-1.5 AZN edir. Xurma ilə fitrə çıxarmaq istəyənlər üçün isə bu rəqəm adambaşına 18-20 AZN miqdarında hesablanmalıdır. Ümumiyyətlə fitrə zəkatının mahiyyəti budur ki, verilən zəkat hesabına yoxsul öz evində bayram keçirə bilsin. Yəni hər bir kəs imkan daxilində fitrə çıxararkən bu həddi nəzərə almalıdır.

 

Fəqir olmayan şəxs dedikdə özünün və ailəsinin illik xərclərini ödəyə bilənlər nəzərdə tutulur. 

 

Belə olmayan şəxs fəqirdir, ona fitrənin zəkatı vacib deyil və fitrə zəkatını ala bilər.

 

İnsan fitr bayramı gecəsinin qürubundan qabaq- böyük-kiçik, müsəlman-kafir, xərcləri özünə vacib olan şəxslər- xərcləri özünə vacib olmayan şəxslər olmasından, onun yanında yaşayıb-yaşamamasından asılı olmayaraq- ailə üzvlərindən sayılanların fitrələrini verməlidir. Başqa bir şəhərdə yaşayan ailə üzvlərindən bir şəxsi onun malından fitrəsini ödəməsi üçün vəkil etsə və onun bu işi görəcəyindən xatircəm olsa, kifayat edər. Qonaq ev sahibinin icazəsi ilə fitr bayramı gecəsinin qürbundan qabaq (evə) gəlib, onun çörək yeyəni sayılsa (yəni, bir müddət yanında qalmaq fikrində olsa) qonağın zəkatını vermək vacibdir. Lakin, yalnız bayram gecəsi üçün dəvət olunubsa, onun zəkatı ev sahibinə vacib deyil. Ev sahibinin razılığı olmadan (evə) gəlibsə, onun fitrəsini verməlidir. Onu, xərcini verməyə məcbur edən şəxsin hökmü də yuxarıdakı hökmlə eynidir. Əgər qürubdan qabaq uşaq həddi-büluğa çatsa, dəli ağıllansa, fəqirin imkanı olsa, gərək fitrənin zəkatını versin. Lakin, (yuxarıda qeyd edilən şərtlər) qürubdan sonra olsa, zəkatın fitrəsi lazım deyil. 

 

Əgər fitr bayramı gecəsinin qürbundan sonra uşağı dünyaya gəlsə, yaxud bir şəxs onun çörək yeyəni olsa, onun fitrəsini verməsi vacib deyil. Kiminsə çörək yeyəni olan bir şəxs qürubdan qabaq başqa birinin çörək yeyəni sayılsa, onun fitrə zəkatı ikinci şəxsin öhdəsindədir. Məsələn, qız qürubdan qabaq ər evinə köçərsə, zəkatını əri verməlidir. Əgər insanın zəkat fitrəsi başqasına vacib olsa, onun özünə vacib deyil. 

 

Zəkatın fitrəsi müsəlman, fəqir və miskinlərə verməlidirlər. Habelə, ehtiyaclı olan müsəlman uşaqlarına da, onlar üçün istifadə edib, yaxud uşaqların başçıları vasitəsi ilə onlara sahib çıxmalarından asılı olmayaraq, fitrə vermək olar. Fitrə alan fəqirin adil olması lazım deyil. Lakin içki içən və ya açıq-aşkar böyük günahlar edən, həmçinin, fitrəni Allaha günah edilən yerlərdə istifadə edən şəxslərə fitrə verilməməlidir.

Fitrənin zəkatı verildikdə ehtiyaclı qohumları yadlardan, sonra ehtiyaclı qonşuları digərlərindən, habelə, ehtiyaclı olan elm əhlini elm əhli olmayanlardan önə salmaq bəyəniləndir. Ehtiyacı olmasını iddia edən şəxsə fitrə zəkatı vermək olmaz. Gərək onun fəqir olmasına əmin olsun. Ən azı xarici görünüşündən (fəqir olmasını) güman etməlidir. 

اقتراحات

Ad :
Email:(Vacib deyil)
Şərhin mətni:
Göndər

نظرات ارسال شده