خبرگزاری شبستان

سه شنبه ۱ آیان ۱۳۹۷

الثلاثاء ١٣ صفر ١٤٤٠

Tuesday, October 23, 2018

Servis xəbərlərinin titri

Ayətullah Xamenei iqtisadi problemlərin həlli üçün ciddi qərarların verilməsini tələb etdi

Şəbistan Xəbər Agentliyi: İran prezidenti, parlament spikeri, Məhkəmə Sisteminin rəhbəri və İqtisadi Kordinasiya Şurasının üzvlərinin görüşü Ali Rəhbər Ayətullah Xameneinin hüzurunda keçirilib.

Servis Əsas səhifə Zaman :   Monday, June 11, 2018 Xəbər kodu : 33851

Kimlərin duası qəbul olmaz?
Kimlərin duası qəbul olmaz? Duanın qəbul olmasına mane olan əməllər hansılardı?

slamazeri.com bununla bağlı bir neçə hədisi təqdim edir.

Peyğəmbər (s): “Ümmətimin bir neçə qrupunun duası qəbul olmaz:

1. Ata-anasının əleyhinə dua edən,

2. Evində oturub da, Allahdan ruzi istəyən,

3. Borclu olduğu şəxsin əleyhinə dua edən,

4. Həyat yoldaşının ziyanına dua edən,

5. Malını israf edib, Allahdan ruzi istəyən,

6. Qohumları ilə əlaqəsini kəsmək üçün dua edən.” (Kafi c 5, s 67)

 

Əli (ə): “Qəlbiniz 8 məsələyə xəyanət etdi deyə, dualarınız qəbul olmur:

1. Allahı tanıdınız, lakin haqqını lazımı surətdə ödəmədiniz,

2. Peyğəmbərlərinə inandınız, lakin onların sünnəsinin əleyhinə addımladınız,

3. Sizə göndərdiyi kitabı (Quranı) oxudunuz, lakin əməl etmədiniz,

4. Oddan qorxduğunuzu dediniz, lakin günahlarınızla daima ona yaxınlaşdınız,

5. Cənnəti sevdiyinizi dediniz, lakin sizi ondan uzaqlaşdıran əməllər gördünüz,

6. Allahın nemətini yediniz, lakin şükrünü əda etmədiniz,

7. Allah sizi Şeytanla düşmənçiliyə çağırdı, lakin siz onunla dostluq etdiniz,

8. İnsanların eyblərini göz önündə saxladınız, öz eyblərinizi isə unutdunuz.” (Əlamud-din s 269)

اقتراحات

Ad :
Email:(Vacib deyil)
Şərhin mətni:
Göndər

نظرات ارسال شده