خبرگزاری شبستان

سه شنبه ۱ آیان ۱۳۹۷

الثلاثاء ١٣ صفر ١٤٤٠

Tuesday, October 23, 2018

Servis xəbərlərinin titri

Ayətullah Xamenei iqtisadi problemlərin həlli üçün ciddi qərarların verilməsini tələb etdi

Şəbistan Xəbər Agentliyi: İran prezidenti, parlament spikeri, Məhkəmə Sisteminin rəhbəri və İqtisadi Kordinasiya Şurasının üzvlərinin görüşü Ali Rəhbər Ayətullah Xameneinin hüzurunda keçirilib.

Servis Əsas səhifə Zaman :   Monday, June 11, 2018 Xəbər kodu : 33850
Hövzə ustadı və tədqiqatşısının Şəbistanla müsahibəsi:
İmam Zamanla (ə) ünsiyyətin ən gözəl yolları
Şəbistan xəbər agentliyi: İnsan bacardığı dil və sözlə Allahın vəlisi (ə) ilə ünsiyyət qurmalı və ürək sözlərin deməlidir. Buyurulur ki, əvvəl tövbə etməklə başlamalıyıq və tam hüzuri qəlblə və diqqətlə istəklərini İmam Zamana (ə) və Allahın höccətinə deməlidir.

 Şəbistan xəbər agentliyinin Məhdəviyyət bölməsinin verdiyi xəbərə əsasən Həzrət imam Zamanın (ə) müqəddəs vücudu ilə əlaqə və ona təvəssül yolları şiə mənbələrində və eləcə də hədis, kəlam və dua və zikirlərdə gəlmişdir. Bu mənbələrdə İmam Zamanla (ə) münacatın yolları açıqlanmışdır. Biz bu haqda hövzə və universitet müəllimi Höccətül-islam vəl-müslimin Məhəmməd Müstafa Məhəmmədzadə ilə söhbət etdik. Bu söhbəti sizə təqdim edirik:

Hədislərdə Həzrət İmam Zamanın (ə) müqəddəs vücuduna təvəssül və Ondan kömək istəmək necə açıqlanmışdır?

Həzrət İmam Zamanın (ə) müqəddəs vücuduna təvəssül və Ondan kömək diləmək şiənin çoxlu sayda hədislərində ən çox açıqlanan məqam budur ki, bu müqəddəs və nurani vücudla söhbət etməliyik. Yəni, insan bacardığı dil və sözlə Allahın vəlisi (ə) ilə ünsiyyət qurmalı və ürək sözlərin deməlidir. Buyurulur ki, əvvəl tövbə etməklə başlamalıyıq və tam hüzuri qəlblə və diqqətlə istəklərini İmam Zamana (ə) və Allahın höccətinə deməlidir.

 Quranda buyurulur:

قُلِ اعْمَلُوا فَسَيَرَي اللَّهُ عَمَلَکُمْ وَ رَسُولُهُ وَ الْمُؤْمِنُونَ

Ey möminlər! Bilin ki, hər əməl və işi Allah, Onun rəsulu və möminlər görürlər.

Peyğəmbərdən (s) bu ayədə möminlərdən məqsəd kimin olduğunu soruşdular? Həzrət (s) buyurdu: Bu ayədə möminlərdən məqsəd biz Əhli-beytik (ə).

http://shabestan.ir/detail/News/710094

اقتراحات

Ad :
Email:(Vacib deyil)
Şərhin mətni:
Göndər

نظرات ارسال شده