خبرگزاری شبستان

چهارشنبه ۲۴ مرداد ۱۳۹۷

الأربعاء ٤ ذو الحجّة ١٤٣٩

Wednesday, August 15, 2018

Servis Əsas səhifə Zaman :   Sunday, June 10, 2018 Xəbər kodu : 33844
Mişkat elmi hövzəsinin müdiri
Bəzilərinin səbirli və istiqamətli olması bir cəmiyyətin ya ümmətin xilas olmasına səbəb olur
Şəbistan xəbər agentliyi: Mişkat elmi hövzəsinin müdiri dedi: Allah Həzrət Yusifin (ə) bəla çəkməsi və səbirli olmaası ilə bir ümmətə rəhm etdi. Biz də öz nəfsimizi səbirli və istiqamətli olmaq üçün hazırlamalıyıq.

Şəbistan xəbər agentliyinin jurnalistinin verdiyi xəbərə əsasən, Mişkat elmi hövzəsinin müdiri Höccətül-islam Qulamrza Qasimiyan Şərif universitetinin məscidində mübarək Ramazan ayı münasibəti ilə keçirilən mərasimdə dedi: Həzrət Yəqubla (ə) Həzrət Yusifin (ə) ayrılıq hadisəsində bəzi mətləblər vardır ki, Quran onları zikr etməmişdir. Amma onlara Əhli-beytin hədislərində işarə olunmuşdur.

O, əlavə etdi ki, Həzrət Yəqub (ə) Binyamini itirdikdən sonra Allah dərgahına çox şikayət edərək dedi. Mənim iki gözümü və övladımı məndən aldın. Mənə rəhm etmirsənmi? Allah tərəfindən səs gəldi ki, mən o ikisini öldürsəm də dirildərəm. Amma sən xatırla o zamanı ki, qoyunu kəsib kabab edin yedin. Bir halda ki, sənin ətrafında fəqir və oruc tutan insanlar var idi. Amma sən onlara heç bir şey vermədin. Bu bəla onun nəticəsidir. Ondan sonra Həzrət Yəqubun (ə) carçısı 5 kilometr məsafədən hər səhər və axşam səslənirdi ki, kim yemək istəyirsə Həzrət Yəqubun (ə) yanına getsin.

O, qeyd etdi ki, Həzrət Yusifin (ə) böyük və çətin bir imtahan olundu. Onu quyuya atdılar və o şahlığa yetişdi. Allah Həzrət Yusifin (ə) bəla çəkməsi və səbirli olmaası ilə bir ümmətə rəhm etdi. Biz də öz nəfsimizi səbirli və istiqamətli olmaq üçün hazırlamalıyıq.

http://shabestan.ir/detail/News/710036

اقتراحات

Ad :
Email:(Vacib deyil)
Şərhin mətni:
Göndər

نظرات ارسال شده