خبرگزاری شبستان

سه شنبه ۱ آیان ۱۳۹۷

الثلاثاء ١٣ صفر ١٤٤٠

Tuesday, October 23, 2018

Servis xəbərlərinin titri

Ayətullah Xamenei iqtisadi problemlərin həlli üçün ciddi qərarların verilməsini tələb etdi

Şəbistan Xəbər Agentliyi: İran prezidenti, parlament spikeri, Məhkəmə Sisteminin rəhbəri və İqtisadi Kordinasiya Şurasının üzvlərinin görüşü Ali Rəhbər Ayətullah Xameneinin hüzurunda keçirilib.

Servis Əsas səhifə Zaman :   Sunday, June 10, 2018 Xəbər kodu : 33841

Ərəb ölkələrində İsrail əleyhinə mitinqlər qadağandır!
Şəbistan Xəbər Agentliyi: Livanın Hizbullah hərəkatının baş katibi ğğ Beynəlxalq Qüds günü münasibətilə Livanın cənubunda və Fələstin ilə birgə sərhədlərdə yerləşən Maroun Əl-Rastda çıxış edib.

Nəsrullah çıxışında mərhum İmam Xomeyninin Ramazan ayının sonuncu cümə gününü Beynəlxalq Qüds günü adlandırmaqda məqsədinin Fələstin və Əl-Əqsa məsələsinin İslam ümmətinin vicdanında diri saxlamaq üçün olduğunu vurğulayıb və dünyanın bütün millətlərinin bu mövzudakı həmrəyliklərini bildirməli olduqlarını deyib: “Qüds sionist rejimlə olan mübarizənin özəyidir və bu toqquşma yetmiş ildən artıq müddətdir ki, başlayıb və Qüds bu qarşıdurmanın rəmzidir”.

 

 

 

Seyid Həsən Nasrallah bu il Beynəlxalq Qüds gününü anmaq üçün məhz Maroun Əl-Rastın seçilməsinin bir səbəbinin olduğunu deyib: “Bu bizim üçün iki rəmzi təmsil edir. Bunlardan birincisi Fələstinə yaxınlıq və digəri də sionist düşmənlə mübarizə ruhudur”.

 

 

 

Seyid Həsən Nəsrullah sözlərinə belə davam edib: “Beynəlxalq Qüds günü mərasimləri Fələstin və Qüds iddiası, düşmənin bu məclisləri aradan qaldırmaq üçün göstərdiyi bütün səylərə baxmayaraq, daha canlı və güclüdür. Çünki Fələstin və Qüds davası dünya millətlərinin fikirlərində canlıdır.

 

 

 

Bu gün Qüds üç problemlə üz-üzədir: İlk problem sionist rejimin dünya ölkələri tərəfindən tanınması və Amerikanın qərarı qarşısında təslim olmasıdır. İkinci problem isə, bu müqəddəs şəhərin demoqrafik quruluşu ilə bağlıdır və üçüncü məsələ də xüsusilə Əl-Əqsa məscidi və bu müqəddəs məscidin aid olduğu Qüds şəhərindəki müqəddəslər məsələsidir”.

 

 

 

Seyid Həsən Nəsrullah Qüds xalqının bu şəhərdə qalmağının, evləri və ticarət məkanları qorumağının və bu şəhərdə məskunlaşmağının sionist düşmənə qarşı əsl mübarizə olduğunu vurğulayıb: “Sionist düşmən indiyə qədər xüsusən Şərqi Qüds olmaqla Qüdsdə əsaslı bir dəyişiklik edə bilmədi və Fələstində yüz minlərlə fələstinli var.

 

 

 

Evlərində yaşamağa davam etməsi üçün Qüds vətəndaşlarına yardım etmək hər kəsin vəzifəsidir və onların şəhərlərində maddi sıxıntı çəkmədən yaşaya bilmələri üçün maliyyə yardımı edilməlidir”.

 

 

 

Qüds xalqına edilən yardımlar müqavimət və ilk müdafiə xətti üçündür. Ərəb dünyasında bəzi Ərəb ölkələri tərəfindən Qüds və Fələstinin üzləşdiyi yeni və misli görünməmiş problem sionist rejim qarşısında məğlubiyyət üçün dini, fəlsəfi və tarixi problemlər yaradır.

 

 

 

Quranın bəzi mənalarının və ayələrinin təhrif edilməsinə şahid oluruq, bəziləri ABŞ üzərindən güclərini qorumaq istəyir, bu səbəbdən də sionist rejimi rəsmi olaraq tanıyırlar və Fələstin məsələsini bağlamaq üçün səy edirlər.

 

 

 

Bəzi saray fəqihləri və mollaları 70 ildən sonra sionist rejimin Beytul müqəddəsdə dini və tarixi haqlarının olması, Qüdsün onlara aid olması və fələstinlilərin bu şəhəri tərk etmələri qənaətinə gəliblər və bu səhv bir məsələdir.

 

 

 

Bu gün Qüdsdə olan məsələ saray mollalarının Səudiyyə Ərəbistanında qadınların avtomobil istifadə etməsi haqqındakı fətvalarına oxşayır və Qüds mövzusunda bu yanlış düşüncə ilə mübarizə etmək üçün alimlərin, medianın və bütün qələm sahiblərinin məsuliyyəti ağırdır.

 

 

 

Qəzzaya gedən Fələstin vətəndaşlarının əksəriyyəti gənclərdən ibarətdir və bu vəziyyət bu barədə yaxşı bir göstəricidir.

 

 

 

Siyasi liderlər, gənclər və Fələstin xalqının bütün təbəqələri əsrin müqaviləsinin qəbulu üçün ağır təzyiqlərə məruz qalırlar, ancaq bu millət iddialarından əl çəkməyəcək.

 

 

 

Fələstin xalqının müharibədəki müqaviməti əsrin müqaviləsinə qalib gəlməyin əsas gücü sayılır. Dünyadakı bir çox ərəb və İslam qrupları da Fələstin xalqı ilə həmrəy olduqlarını elan etdilər.

 

 

 

ABŞ-a bağlı hər bir ərəb ölkəsinin xalqı, Qüds və Fələstini dəstəkləmək məsələsində təzyiq altındadır, bu səbəbdən aclıq, xəstəlik və bombardımana baxmayaraq, bu ölkələrin xalqının çoxunun Fələstin ilə həmrəyliklərini bəyan etmək üçün yürüşlər keçirdiklərini və Sənanın bunları edən yeganə ərəb paytaxtı olduğuna şahid oluruq. Bu onların imanlarının göstəricisidir və əlbəttə ki, Bəhreyndə də xalqın bütün təzyiq və vətəndaşlıqdan məhrum edilmələrinə baxmayaraq, fələstinlilərlə həmrəy olduqlarını açıqlayırlar, amma Bəhreyn rejimi sionist rejimlə münasibətləri normallaşdırmağa çalışır.

 

 

 

Bu gün güclü bir müqavimət oxundan söz açırıq və bu ox düşmənlə olan bu müharibəni susdurmağa, və ya aradan qaldırmağa çalışır.

 

 

 

İran bütün təzyiqlərə və sanksiyalarına baxmayaraq, regionda və ölkəsinin içində daha da güclü bir vəziyyətə gəlir və İrandakı İslami sistemin dəyişəcəyini ümid edənlərə, onların bu ümidinin bir ilğımdan başqa bir şey olmadığını deməliyik.

 

 

 

İran müxaliflərinin və düşmənlərinin özlərini sionist rejimə yaxın bilmələri təbiidir və bu bir reallığa çevrilmişdir. Əgər İran Fələstinə qarşı təxribatlar qarşısında təslim olsaydı və ya İmam Xomeyni “Fələstin məsələsinin bizimlə bir əlaqəsi yoxdur” desəydi, ABŞ, Sionist rejimi və Körfəz dövlətləri tərəfindən bir düşmənlə üz-üzə qalmazdı.

 

 

 

İraqın Bağdad şəhərində İŞİD-i məğlub edənlər tərəfindən Beynəlxalq Qüds günü münasibətilə hərbi bir paradın baş verdiyinə şahid olduq. İraqın din alimlərinin Fələstin mövzusundakı mövqeyi, 1948-ci ildən etibarən Ayətullah Möhsün Həkim və Ayətullah Xoyidən etibarən indiki mərcəiyyətin mövqeyinə qədər çox aydındır.

 

 

 

Bu gün Suriya torpaqlarının böyük bir hissəsində təhlükəsizlik təmin olunmuşdur, düşmənlərin isə, bu uğuru öz adlarına qeyd etmələri çox təbiidir. Sionist rejim Bəşər Əsədin devrilməsinə ümid edirdi, ancaq bu gün sionist düşmən Suriyadakı hədəfini dəyişdi və müharibənin İran ilə Hizbullahı Suriyadan uzaqlaşdırmaq istiqamətində irəlilədiyini deyir. Bəziləri də bu məsələdə sevinirlər və Rusiya ilə bu barədə müzakirə aparmaq istəyirlər.

 

 

 

Suriyaya gedəndə, hadisələri dərk edərək qərar verdik və biz Suriyada, Suriyanın hamısını və müqavimət oxunu hədəfə alan böyük təxribatlara şahid olduq. Əlbəttə, biz Suriya hökumətinin tələbi ilə getdik və müəyyən bir layihənin ardınca olmadıq. Hizbullah heç bir formada Suriyada xüsusi bir planı yox idi və biz bu ölkədə Suriya liderlərinin tələbləri ilə olduq.

 

 

 

Suriyanın təxribatlara qarşı böyük qələbəsində payımız var və Suriya liderləri Hizbullahın bu ölkədə olmamağımız qənaətinə gəldikdə, təşəkkür edib, tərk edəcəyik, ancaq Suriya liderləri tələb etmədiyi müddətə qədər, bütün dünya bizim Suriyadan çıxmağımız üzərində ortaq fikrə gəlsə belə, bu məsələdə uğurlu ola bilməzlər.

 

 

 

Qüds və Fələstin məsələsinə qəti inamımız var və Qüdsün əsl sahiblərinə geri qayıdacağına və Fələstinin azad ediləcəyinə tarixi və etiqadlı şəkildə inanırıq. Biz qətliam etmək və öldürmək məqsədi güdmürük və heç kəsi dənizə atmaq istəmirik, sadəcə gəldiyiniz ölkələrə geri qayıdasınız deyirik və əgər işğalda israr etsəniz, böyük müharibə günü gələcəkdir və biz də bu gündə izdihamlı şəkildə Qüdsdə namaz qılacağıq”(Deyerler-in tərcüməsi əsasında).

 

http://www.shabestan.ir/detail/News/709856

 

اقتراحات

Ad :
Email:(Vacib deyil)
Şərhin mətni:
Göndər

نظرات ارسال شده