خبرگزاری شبستان

پنج شنبه ۱۱ آذر ۱۴۰۰

الخميس ٢٧ ربيع الثاني ١٤٤٣

Thursday, December 2, 2021

Servis xəbərlərinin titri

Ayətullah Xamenei iqtisadi problemlərin həlli üçün ciddi qərarların verilməsini tələb etdi

Şəbistan Xəbər Agentliyi: İran prezidenti, parlament spikeri, Məhkəmə Sisteminin rəhbəri və İqtisadi Kordinasiya Şurasının üzvlərinin görüşü Ali Rəhbər Ayətullah Xameneinin hüzurunda keçirilib.

Servis Əsas səhifə Zaman :   Friday, June 8, 2018 Xəbər kodu : 33824
Tehran elmi hövzələrini idarə etmə mərkəzinin müdiri
Düşmənlərin İran və məntəqə xalqlarına qarşı xəbisliyinin cavabında Qüds gününü daha da əzəmətli keçirəcəyik
Şəbistan xəbər agentliyi: Tehran elmi hövzələrini idarə etmə mərkəzinin müdiri dedi: Bu il düşmənlərin İran və məntəqə xalqlarına qarşı xəbisliyinin cavabında Qüds gününü daha da əzəmətli keçirəcəyik.

Tehran elmi hövzələrini idarə etmə mərkəzinin müdiri Məhəmməd Hadi Rəhimi Sadiq Şəbistan xəbər agentliyinin jurnalisti ilə müsahibəsində Qüds gününün müsəlmanların vəhdətinin simvolu olması barədə dedi: Məzlumdan müdafiə etmək və zalımın qarşısında dayanmaq və düya məzlumlarının halına yanmaq İslam dininin ayrılmaz hissəsi və biz müsəlmanların insani bir məramıdır.

O, əlavə etdi ki, İslam Peyğəmbəri (s) dəfələrlə büxtəlif bəyanlarla buyurmuşdur ki, hər bir şəxs istər müsəlman olsun istərsə də qeyri müsəlman məzlum bir insanın məzlumiyyət səsini eşitdiyi zaman ona diqqət etməsə öz adını müsəlman qoymasın. Buna görə də məzlumların xüsusi ilə də İslam cəmiyyətində olanların işlərinə nəzər etmək bütün müsəlmanların vəzifəsidir.

O, İmam Əlinin (ə) İmam Həsən (ə) və İmam Hüseynə (ə) etdiyi vəsiyyətindəki həmişə zalıma düşmən və məzluma yardım edən olun kəlama işarə edərək dedi: O cəhətdən ki, bütün müsəlmanlar İslam Peyğəmbərinə (s) və onun Əhli-beytinə (ə) ehtiram qoyub və İslamın göstərişlərini qəbul etdikləri üçün heç bir həqiqi müsəlman Fələstin məsələsinə diqqət etməkdə ən kiçik bir ixtilaf belə etməyəcəklər.  

Tehran elmi hövzələrini idarə etmə mərkəzinin müdiri dedi: Bu il düşmənlərin İran və məntəqə xalqlarına qarşı xəbisliyinin cavabında Qüds gününü daha da əzəmətli keçirəcəyik.

http://shabestan.ir/detail/News/709633

اقتراحات

Ad :
Email:(Vacib deyil)
Şərhin mətni:
Göndər

نظرات ارسال شده