Servis Əsas səhifə |
|
Zaman : |
Sunday, June 3, 2018 |
|
Xəbər kodu : |
33758 |
Şəbistan Xəbər Agentliyi xəbər verir ki, İran məscidlərinin nəzdində fəaliyyət göstərən Mədəniyyət - İncəsənət Otaqları ilə iş üzrə Dövlət Komitəsinin sədri höccətül - islam vəl – müslimin Həbib Rza Ərzani rəsmi mədəni - dini toplantıların birindəki çıxışında dedi: Çox təəssüflər olsun ki, ötən 40 il ərzində məscidlərə rövnəq bəxş etmək və mədəni fəaliyyətləri bu müqəddəs məkanda həyata keçirdmək əvəzinə bu fəaliyyətlər yavaş - yavaş, aram - aram bilməməzdik üzündən məsciddən uzaqlaşdırıblar. Bir halda ki, mədəni fəaliyyətlərin məsciddən uzaqlaşdırılmasının bu fəaliyyətlərdə mənfi təsir və qüsurları görünməkdədir.
Quruluşun bütün imkanatları məscidin ixtiyar və xidmətində olmalıdır
Milli əzm və iradə formalaşmışdır. Əlbəttə, bu əzm iki tərəfli olmalıdır. Həm rəsmlər, məmurlar və həm də ki xalq ciddi fəaliyyət göstərməlidirlər. Belə ki, rəsmilər və məmurlar qurluşun bütün imkanlarını məsciddə baş verməsinin münasib zəminlərini yaradmalıdırlar. Bu gün hamı meydana girərək bu böyük hadisənin baş verəcəyini gözləyir. Məscid partiya və qrup mənafelərinin yer və müzakirə olduğu məkan deyildir. Bütün məscidlər Allahın evidir. Deməli, məscid özəl olaraq heç kəs üçün deyildir. O, hamıya aid olan bir məkandır. Elə ki, Allah - Təala buyurur: Əgər işinizin əbədi olmagına və daimi qalmağını istəyirsinizsə, o işlər Allah rənginə boyanmalıdır. Hər bir xidmət həyta keçirmək istəyiriksə, onu gərək məsciddə yerinə yetirək.
http://shabestan.ir/detail/News/708983