خبرگزاری شبستان

چهارشنبه ۲۴ مرداد ۱۳۹۷

الأربعاء ٤ ذو الحجّة ١٤٣٩

Wednesday, August 15, 2018

Servis Əsas səhifə Zaman :   Saturday, June 02, 2018 Xəbər kodu : 33748

Şeytanın iki tələsi
“Ey Cündəb oğlu, (insanları) ovlamaq üçün şeytanın tələləri vardır. Elə isə, onun tələlərindən ehtiyatlı ol.”

Möminlərə və Əhli-beyt dostlarına yardımçı olmaq dini vəzifəmizdir. İmam Sadiq (ə) buyurur:

يا بْنَ جُنْدَب اِنَّ لِلشَّيطانِ مَصائدَ يَصْطادُ بها فَتَحامُوا شِباكَهُ و مَصائِدَهُ قلتُ يا بْنَ رسولِ اللّهِ و ما هِىَ؟ قال: اما مَصائِدُهُ فَصَدٌّ عَنْ بِرِّ الاِخوانِ، و اَمّا شِباكُهُ فَنَوْمٌ عَنْ قَضاءِ الصّلَواتِ الّتى فَرَضَهَا اللّهُ، اَما اِنَّهُ ما يُعْبَدُ اللّهُ بِمِثْلِ نَقْلِ الاَقْدامِ اِلى بِرِّالاِخْوانِ و زِيارَتِهِمْ، وَيْلٌ لِلسّاهينَ عَنِ الصَّلَواتِ

“Ey Cündəb oğlu(insanları) ovlamaq üçün şeytanın tələləri vardır. Elə isə, onun tələlərindən ehtiyatlı ol.”

Cündəbin oğlu Abdullah soruşur: “Ey Rəsuləllahın övladı! Həmin tələlər nədən ibarətdir?”

İmam (ə) buyurur: “Tələlərdən biri insanı öz din qardaşlarına yardımdan məhrumetməkdirİkinci tələ isə Allahın vacib buyurduğu namazları vaxtında qılmamaq üçün insanların yuxuya getməsidir. Agah olun ki, Allaha olunan heç bir ibadət mömin qardaşlara yardım və onları ziyarət etmək qədər üstün deyil. Vay olsun namazı yüngül tutanlara, yuxuya dalıb namazdan qafil olanlara!...”

Vacib dini vəzifələrinə əməl edən insan bəzən işini bitmiş hesab edir. Hansı ki, din qardaşlarının ehtiyacını ödəmək böyük dini vəzifədir. Diqqətimizi hansısa bir sahəyə yönəldib digər sahələri nəzərdən qaçırmaq düzgün deyil. Bu diqqətsizliyin bünövrəsini qoyan şeytan qulağımıza pıçıldayır ki, axı sənin nəyin var ki, başqalarına kömək edəsən. Axı başqalarından sənə nə var. Bir halda ki, imam Sadiq (ə) buyurur ki, din qardaşına kömək etməkdən böyük ibadət yoxdur, hətta ehtiyaclarını ödəyə bilməsən belə, Allah xatirinə onlarla görüşmək böyük ibadətdir.

Şeytanın ikinci tələsi namazın əvvəl vaxtını sovuşdurmaqdır. Namaz insanı birbaşa Allahla yaxınlığa aparır. Allahla bəndə arasında birbaşa rabitə namazdır. Ayə və rəvayətlərə əsasən, insanı Allaha yaxınlaşdıran ən mühüm əməl namazdır. Hər birimiz gün uzunu dəfələrlə namazda bu sözləri təkrar edirik: “Tələsin ən xeyirli işə!” Yəni namaza! Qurani-Kərimin “Muddəssir” surəsinin 42-47-ci ayələrində cəhənnəm əhlinin cəhənnəmə düşməsinin dörd səbəbindən söz açılır və buyurulur:

مَا سَلَكَكُمْ فِي سَقَرَ. قَالُوا لَمْ نَكُ مِنَ الْمُصَلِّينَ. وَلَمْ نَكُ نُطْعِمُ الْمِسْكِينَ. وَكُنَّا نَخُوضُ مَعَ الْخَائِضِينَ. وَكُنَّا نُكَذِّبُ بِيَوْمِ الدِّينِ. حَتَّى أَتَانَا الْيَقِينُ

Sizi “səqərə” (cəhənnəmə) salan nədir?” Onlar deyərlər: “Biz namaz qılanlardan deyildik. Yoxsulu da yedirtməzdikBatilə dalanlarla birlikdə biz də dalardıq. Cəza (qiyamət) gününü təkzib edərdik. Ölüm bizi haqlayana qədər (bu vəziyyətdə qaldıq).”

Ey Rəbbimiz, bizi vəzifələrimizlə tanış et və şeytanın şərindən amanda saxla!

(Maide.Az)

اقتراحات

Ad :
Email:(Vacib deyil)
Şərhin mətni:
Göndər

نظرات ارسال شده